Clopos Satış Terminalında Əməliyyat yaratmaq üçün menyu bölməsindən Əməliyyat əlavə et hissəsinə daxil oluruq.
Buradan kassaya pul mədaxil (kassaya pul əlavə etmək) , məxaric ( kassadan pul çıxarmaq ) etmək olar. İnkassasiya bölməsində yazdığınız məbləğ Kassa hesabından Seyf hesabına köçürülür.
Aşağıda məbləğ bölməsinə məxaric, mədaxil edəcəyimiz məbləği , kategoriya bölməsində əməliyyatın kategoriyasını, açıqlama bölməsində isə istənilən sözləri qeyd edə bilərsiniz. Sonra "əlavə et" düyməsinə vuraraq, prosesi tamamlayırsınız.
Satış terminalında aparılmış bu əməliyyatlara istənilən zaman arxa paneldən baxa bilərsiniz.
Clopos sistemində əməliyyatları birbaşa arxa paneldə də etmək mümkündür. Yeni əməliyyat yaratmaq üçün arxa paneldə Maliyyə → Əməliyyatlar bölməsinə daxil oluruq. Sağ yuxarı hissədə mövcud olan Yarat düyməsinə sıxırq.
Açılan pəncərədə istənilən maliyyə hesabına pul mədaxil edə , hesabdan pul məxaric edə bilərik. Həmçinin maliyyə hesabları arasında pul transferi etmək də mümkündür. Əməliyyat növündə mədaxil və ya məxaric qeyd edirik. Sonra məbləği qeyd edirik. Balans bölməsində hansı hesaba pulun gələcəyini, hansı hesabdan pulun çıxacağını seçirik. Əməliyyatın kategoriyasını və əməliyyat tarixini qeyd edirik.
Həmçinin əməliyyat saatını da qeyd etmək mümkündür.
Bu xanaları doldurduqdan sonra saxla düyməsini vururuq.
Əgər əməliyyatlarda hər hansısa bir səhviniz olubsa, əməliyyatın qarşısındakı üç nöqtədən əməliyyatı silə bilərsiniz.
Silinmiş əməliyyatları görmək üçün aşağıdakı filtri aktiv etməlisiniz.