Ana içeriğe geç

Toplu əməliyyat

iki və daha artıq məhsula eyni anda əməliyyat əlavə etmək

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

Bir sıra bölmələr var ki, bu bölmələrdə bir-bir ediləcək əməliyyatları toplu şəkildə edə bilərsiniz. Bu prossesi həyata keçirmək üçün Menyu→Məhsullar bölməsində toplu seçim hissəsinə daxil oluruq.


Daxil olduğumuz bölmədə Dəyiş Silmək əmrləri ilə qarşılaşacağıq. Toplu şəkildə dəyişiklik etmək üçün dəyiş, silmək üçün isə silmək əmrini seçmək lazımdır. Silmək əmri məhsulların toplu şəkildə silinməsini təmin edir.

Dəyişmək əmri seçildikdə məhsul üzrə müxtəlif əməliyyatlarda dəyişiklik etmək mümkündür.

Bu zaman iki seçim qarşınıza çıxacaq:

Toplu əməliyyat – Sağ tərəfdən açılan pəncərədə göstərilən məlumatları eyni anda dəyişdirə bilərsiniz.

Etiketlər – Seçilmiş məhsullara istədiyiniz etiketi əlavə etmək mümkündür.

💡 Qeyd edək ki, filial seçildiyi zaman toplu əməliyyat vasitəsilə yalnız həmin filial üçün qeyri-aktiv/aktiv vəziyyəti dəyişmək mümkündür. Çünki filial üzrə toplu əməliyyat funksiyası mövcud deyil; yalnız mövcud olan qeyri-aktiv və aktiv vəziyyətləri idarə etmək mümkündür.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?