Ana içeriğe geç

Əməkdaşlara əmək haqqı ödəmək

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

Əməkdaşlara əmək haqqı ödəmək

Əməkdaşlara əmək haqqı ödəmək üçün, Arxa paneldən Əməkdaş İstifadəçilər bölməsinə daxil oluruq.

Əmək haqqı məbləğini əlavə edəcəyimiz əməkdaşın üzərindəki üç nöqtəyə klik edirik.

Dəyiş düyməsinə klik edirik.

Əmək haqqı yazılan xanaya əmək haqqı məbləğini yazıb Saxla düyməsinə klik edirik.

Əməkdaşlara əmək haqqı ödəmək.

Arxa paneldən Maliyyə → Əməliyyatlar bölməsinə daxil oluruq

Sağ yuxarıdakı Yarat düyməsinə klik edirik.

Əməliyyat növünü Məxaric olaraq qeyd edirik. Məbləğ bölməsinə ödəniləcək məbləğin miqdarı, Balans xanasına isə ödənişin hansı hesabdan veriləcəyi qeyd edilir. Kateqoriya bölümündən əmək haqqını, əməkdaşlar bölümdən məvacib ödəniləcək əməkdaşın adını seçib saxla düyməsinə klik edirik.

Açıqlama bölməsində özünüz üçün qeydlər yaza bilərsiniz.

Əməliyyat vaxtını öncəki tarixlərə seçə bilərsiniz. Avtomatik olaraq faktiki tarix və saat seçilir.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:


Bu cevap sorunuzu yanıtladı mı?