Günümüzdə aktual olan bir sıra satış üsulları var ki, onlardan biri də Wolt satış tipidir. Wolt satış üsulu yaradarkən ilk öncə ona uyğun maliyyə hesabı yaratmalıyıq.
Maliyyə hesabı yaratmaq üçün arxa paneldə Maliyyə →Hesablar bölməsinə daxil oluruq. Daxil olduğumuz səhifədə, yuxarı sağ hissədə yerləşən Yarat düyməsinə klik edirik.
Açılan səhifədə yaradacağımız hesabın adını Wolt yazıb, növünü Bank olaraq qeyd edib saxla düyməsinə klik edirik.
Maliyyə hesabını yaratdıqdan sonra ödəmə üsulu yaradırsınız.
Ödəmə üsulu yaratmaq üçün arxa paneldə Satış →Ödəmə Üsulları bölməsinə daxil olub Yarat düyməsinə klik edirik.
Açılan səhifədə yaradacağımız ödəmə üsulunun adını Wolt yazıb, balansını az öncə yaratdığınız Wolt hesabı olaraq seçib saxla düyməsinə klik edirik.
Ödəmə üsulu yaratdıqdan sonra son olaraq satış üsulu yaradırsınız.
Satış üsulu yaratmaq üçün, arxa paneldə Satış →Satış üsulları bölməsində, yuxarı sağ hissədə yerləşən Yarat düyməsinə klik edirik.
Açılan səhifədə yaradacağımız satış üsulunun adını Wolt yazıb, ödəmə üsulunu wolt olaraq seçib saxla düyməsinə klik edirik.