Ana içeriğe geç

Əməkdaşların əlavə edilməsi

Sistemə əməkdaşların əlavə edilməsi və əməkhaqqı konfiqurasiyaları

Nurane avatar
Yazar: Nurane
Bir aydan uzun süre önce güncellendi

Clopos sistemində yeni əməkdaş yaratmaq üçün arxa paneldə Əməkdaşİstifadəçilər bölməsinə daxil oluruq.Daxil olduğumuz səhifədə yuxarı sağ hissədə yerləşən Yarat düyməsinə klik edirik.

Vəzifə yaratmaqla bağlı geniş məlumatı Vəzifə yaratmaq sözünə klikləyərək əldə edə bilərsiniz.

Əgər sizə vəzifə olaraq Veb icazə verilibsə, arxa panelə daxil olmaq üçün mütləq şəkildə e-mail və şifrə məlumatlarını daxil etməlisiniz. Bu məlumatlar vasitəsilə sizə verilmiş icazələr çərçivəsində sistemə giriş və idarəetmə imkanı əldə edirsiniz.

Əməkdaşın hər hansı bir məlumatını dəyişmək və ya əməkdaşı silmək üçün, əməkdaşın qarşısındakı üç nöqtəyə klikləyib seçim edirik.

"Dəyişmək" seçimini kliklədiyiniz zaman açılan pəncərədə əməkdaşa aid müvafiq məlumatları daxil edirsiniz.

  • Şəkil - Bu sahəyə əməkdaşın şəklini əlavə edirsiniz. Əlavə edilən şəkil Clopos Pay sistemində müştəriyə görünən interfeysdə əks olunur.

  • İstifadəçi adı - Əməkdaşın adını qeyd edirsiniz.

  • Vəzifə - Vəzifələr bölməsindən yaradılmış və sizə aid olan vəzifə seçilir.

  • Əmək haqqı - əməkdaşın aylıq aldığı məvacibi qeyd edə bilərsiniz (bu hesabatlarda əks olunacaq)

  • E-mail, şifrə - Arxa panelə daxil olmaq üçün istifadə olunan məlumatlar

  • Pin - Terminala daxil olmaq üçün əməkdaşa verilən dörd rəqəmli kodu yazırsız

  • Kart - Əməkdaşın terminala Kartla girişi olduğu zaman, kart məlumatları oxuyucu vasitəsi ilə bu xanada yaradılır

  • Barkod - Barkod oxuyucu vasitəsi ilə barkod ştrixlərinin kodlaşması yaradılır

  • Mobil - İstəyə uyğun olaraq, əməkdaşın mobil nömrəsini bu sahəyə əlavə edə bilərsiniz. Əgər Clopos Pay istifadə edirsinizsə, burada mütləq şəkildə əməkdaşın MPAY platformasında qeydiyyatdan keçdiyi nömrəni daxil etməlisiniz ki, verilən bəxşişlər birbaşa əməkdaşın hesabına yönlənsin.

  • Status - Əməkdaşı deaktiv edərək, terminala, arxa panelə girişini müvəqqəti məhdudlaşdıra bilərsiniz

  • Filial - Bir neçə filialınız varsa və bu əməkdaş hansı filiallarda fəaliyyət göstərirsə o filiallara giriş icazəsi verə bilərsiniz.

  • Bəxşiş verilə bilər- Bu funksiya aktiv edildiyi halda, Clopos Pay vasitəsilə çekdəki QR kodu oxutmadan da Emenu üzərindən birbaşa bəxşiş vermək mümkün olacaq.

  • Bəxşiş mesajı - Burada yazdığınız mesaj, Clopos Pay ilə ödəniş zamanı müştəriyə əks olunacaq.

Son mərhələdə sağ yuxarı hissədə yerləşən Saxla düyməsinə klik edirik.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?