Əməkdaşlarınıza müştərilər tərəfindən bəxşişin verilməsi iki üsulla həyata keçirilə bilər:
1. E-menyu vasitəsilə:
Müştəri, e-menyuda yerləşən Bəxşiş bölməsinə daxil olaraq bəxşiş vermək istədiyi əməkdaşı seçir. Əgər əməkdaşlara bəxşiş icazəsi aktiv edilibsə, bu zaman onların adı və şəkli ekranda görünəcək. İstənilən əməkdaş seçilərək bəxşiş göndərilə bilər.
2. Çek üzərindən (Clopos Pay ilə ödəniş zamanı):
Clopos Pay ilə ödəniş zamanı, çekin yekun məbləğindən əlavə olaraq əməkdaşa bəxşiş vermək mümkündür. Bu üsulda əməkdaşların siyahısı göstərilmir — bəxşiş yalnız çekin sahibi olan əməkdaşa tətbiq edilir.
İstifadə etmənin qaydaları:
Clopos Pay tətbiqi aktiv edildikdən və müvafiq sazlamalar tamamlandıqdan sonra, müştərilərinizə təqdim edilən ön çekin aşağı hissəsində Clopos Pay ilə ödəniş üçün QR kod avtomatik olaraq əks olunur.
Müştəri təqdim olunan QR kodu telefon vasitəsilə oxutduqda, müvafiq ödəniş səhifəsi açılır. Açılan səhifədə ilk olaraq Pay düyməsini sıxaraq ödəniş prosesinə başlayırsınız. Daha sonra Clopos Pay səhifəsində siz həm yekun məbləği, həm də bəxşiş məbləğini seçərək ödəniş edə bilərsiniz.
Əgər yekun məbləğ və bəxşişi eyni anda ödəmək istəmirsinizsə, onları ayrıca şəkildə də ödəmək mümkündür. Cəm və Bəxşiş məbləği düymələrinin üzərinə klik edərək bu seçimləri aktiv və ya deaktiv edə bilərsiniz.
Standart bəxşiş faizləri mövcuddur. Lakin istəyə uyğun olaraq, fərdi məbləğ təyin etmək də mümkündür. Bunun üçün sadəcə “Başqa məbləğ təyin et” düyməsinə klikləyin və açılan sahəyə istədiyiniz bəxşiş məbləğini daxil edin.
Əməkdaşın hesabına bəxşişin daxil olması üçün o, öz mobil nömrəsi ilə https://mpay.az/ saytında qeydiyyatdan keçməlidir. Qeydiyyat tamamlandıqdan sonra verilmiş bütün bəxşiş məbləğləri birbaşa əməkdaşın MPAY hesabına yönləndiriləcək.
Əgər əməkdaş MPAY platformasında qeydiyyatdan keçməyibsə və ya əməkdaşın profilinə mobil nömrə əlavə edilməyibsə, verilmiş bəxşiş məbləği avtomatik olaraq Payriff hesabına yönləndirilir.
"Kart ilə ödəyin" düyməsini kliklədikdən sonra, kart məlumatlarınızı daxil edərək və ya birbaşa telefon vasitəsilə (məsələn, Apple Pay) ödəniş edə bilərsiniz. Ödəniş uğurlu alındığı halda kassa satış terminalında həmin çek Clopos Pay ilə ödəniş növü üzrə bağlanır.
Əgər Clopos Pay sistemində əməkdaşınıza müştərilərin bəxşiş verəcəyi zaman görməsi üçün xüsusi bir qeyd (not) əlavə etmək istəyirsinizsə, bunun üçün Əməkdaş → İstifadəçilər bölməsinə daxil olun. Daha sonra əməkdaşın adının qarşısındakı üç nöqtə işarəsinə klikləyin və Dəyişmək seçimini vurun. Açılan pəncərədə "Bəxşiş verilə bilər" seçimini aktivləşdirin və "Bəxşiş mesajı" sahəsinə istədiyiniz mətni daxil edin.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: