Ana içeriğe geç
Tərkiblərin əlavə edilməsi

Tərkiblərin əlavə edilməsi qaydası

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

Tex Kartın Tərkiblərində Düzəlişlər və Silinmə Üsullarının Tətbiqi

Tex karta yaradarkən, anbardan düzgün azalma təmin etmək üçün tərkiblərdə müəyyən düzəlişlər edilməlidir. Bunun üçün aşağıdakı addımları izləyin:

Arxa panelə daxil olun və Menyu → Məhsullar bölməsinə keçin. Tərkibini redaktə etmək istədiyiniz tex kartını tapın. Seçdiyiniz tex kartın qarşısındakı üç nöqtəyə klikləyin və açılan menyudan "Dəyişmək" seçimini seçin. Daha sonra Tərkib hissəsi bölməsinə keçid edin. İlk addım olaraq, silinmə üsuluna diqqət yetirin.

Silinmə Üsulları

Silinmə üsulları iki növdür:

  1. Tərkibdən sil:
    Bu üsul seçildikdə, satış baş verdikcə tex kartda göstərilən tərkiblər ayrı-ayrılıqda anbardan azalmağa başlayır.

  2. Hazır məhsuldan sil:
    Bu üsul seçildikdə, satış baş verdikcə tex kartın tərkibləri deyil, tex karta özü bir bütöv məhsul kimi anbardan azalmağa doğru gedir.

💡Doğru silinmə üsulunu seçmək, anbardakı məlumatların dəqiq olmasını təmin etmək üçün çox vacibdir. Hər bir tex kartın spesifikasına uyğun silinmə üsulunu seçdiyinizə əmin olun.

Tərkibdən Sil Seçildikdən Sonra Tərkiblərin Əlavəsi

"Tərkibdən sil" üsulunu seçdikdən sonra tex kartın tərkib hissələrini əlavə etmək vacibdir. Bu tərkiblər aşağıdakılardan ibarət ola bilər:

  1. İnqrediyentlər

  2. Yarımfabrikatlar

  3. Hazır Məhsullar

  4. Tex Kartlar

1. İnqrediyent Əlavəsi

Əgər inqrediyent əlavə edilərsə, brutto hissəsində anbardan 1 pors üçün azalacaq miqdar qeyd edilməlidir. Anbarda inqrediyent varsa, qeyd olunan miqdarda azalma baş verəcək. Əgər azalma getmirsə, Menyu bölməsinə daxil olaraq, İnqrediyentlər alt bölməsindən müvafiq inqrediyenti tapıb, "Dəyişmək" düyməsini klik edin. Açılan pəncərədə "Anbarda hesablamanı ləğv et" seçiminin aktiv olmamasına əmin olun. Əgər bu seçim aktivdirsə, anbardan azalma baş verməyəcək. Anbardan azalma istəyirsinizsə, bu seçim deaktiv edilməlidir.

2. Yarımfabrikat Əlavəsi

Əgər yarımfabrikat əlavə edilərsə, brutto hissəsində anbardan 1 pors üçün azalacaq miqdar qeyd edilməlidir. Əgər anbarda yarımfabrikat varsa, onun özü azalacaq. Əgər anbarda yarımfabrikat yoxdursa, onun silinmə üsuluna baxmaq lazımdır. Əgər "Hazır məhsuldan sil" seçilibsə, yarımfabrikatın özü anbarda mənfiyə gedəcək. Əgər "Tərkibdən sil" seçilibsə, yarımfabrikatın tərkibində qeyd edilmiş məhsullar anbardan azalacaq. Bu məhsulların tərkiblərinin düzgün təyin olunmasından əmin olmaq vacibdir.

3. Tex Kart Əlavəsi

Əgər tex karta əlavə edilərsə, brutto hissəsində anbardan 1 pors üçün azalacaq miqdar qeyd edilməlidir. Əgər anbarda tex kart varsa, onun özü azalacaq. Əgər anbarda tex kart yoxdursa, tex kartın silinmə üsuluna baxmaq lazımdır. Əgər "Hazır məhsuldan sil" seçilibsə, tex kartın özü anbarda mənfiyə gedəcək. Əgər "Tərkibdən sil" seçilibsə, tex kartın tərkibindəki məhsullar anbardan azalacaq. Bu məhsulların tərkiblərinin olub-olmamasını yoxlamaq lazımdır.

4. Hazır Məhsul Əlavəsi

Əgər hazır məhsul əlavə edilərsə, brutto hissəsində anbardan 1 pors üçün azalacaq miqdar qeyd edilməlidir. Əgər anbarda hazır məhsul varsa, müvafiq miqdarda azalma baş verəcək. Əgər azalma getmirsə, Menyu bölməsindən Məhsullar alt bölməsinə keçərək, müvafiq məhsulu tapıb, "Dəyişmək" düyməsini klik edin. Açılan pəncərədə "Anbarda hesablamanı ləğv et" seçiminin aktiv olmamasına diqqət yetirin. Əgər bu seçim aktivdirsə, anbardan azalma baş verməyəcək. Anbardan azalma istəyirsinizsə, bu seçim deaktiv edilməlidir.

💡Əgər yarımfabrikatın tərkibində başqa bir yarımfabrikat və ya tex kartanın tərkibində başqa bir tex karta varsa, silinmə üsullarına xüsusi diqqət yetirmək vacibdir.

  • Əgər hər hansı bir məhsulun silinmə üsulu "Hazır məhsuldan sil" olaraq təyin edilibsə, bu halda tərkibində olan məhsullar toxunulmaz qalır və heç bir azalma baş vermir. Yalnız tex karta və ya yarımfabrikatın özü anbardan azalır.

  • Əgər bütün məhsulların silinmə üsulu "Tərkibdən sil" olaraq təyin edilibsə, bu zaman tərkibdə olan məhsullar anbardan azalacaq.

💡Əgər məhsulunuzun silinmə üsulu tərkibdən sil olaraq qeyd edilibsə, amma bu məhsul özü anbarınızda mövcuddursa, birinci anbarınızda olan məhsul azalacaq. Məhsul bitdikdən sonra, silinmə üsulu tərkibdən sil olduğu üçün tərkibə qeyd edilən məhsullar azalacaqdır.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?