Wolt Sifarişlərinin Avtomatlaşdırılması və Clopos Sistemində Çeklərin Açılması:
Wolt sifarişlərinin avtomatlaşdırılması və Clopos sistemində sürətli şəkildə çeklərin açılmasını istəyirsinizsə, arxa paneldəki "Tətbiqlər" bölməsinə daxil olun və "Hamısı" bölməsini seçin. Buradan Wolt inteqrasiyası modulunu aktivləşdirin. Aktivləşdirmədən sonra Tətbiqlər bölməsində Wolt düyməsi yaranacaq. Bu düyməyə daxil olaraq statusu aktiv edin. Əgər Wolt üçün xüsusi bir satış üsulu yaratmısınızsa, Wolt çatdırılma və Özü götürmə bölməsində həmin satış üsulunu seçə bilərsiniz. İnteqrasiya nəticəsində açılacaq çek də məhz bu seçilmiş satış üsulunda yaradılacaqdır.
Bundan əlavə, Wolt tərəfindən təqdim edilmiş Restoran Wolt ID və Unikal kod-un daxil edilməsi tələb olunur.
Wolt İnteqrasiyası Üçün Tənzimləmələr:
Əgər Wolt sifarişlərinizi inteqrasiya etmək istəyirsinizsə, ilk növbədə Woltun arxa panelinə daxil olmağınız lazımdır. Woltun arxa panelinə giriş əldə etdikdən sonra menyuların eyniləşdirilməsi prosesini icra etməlisiniz. Bunun üçün, Clopos sistemindəki menyunuzda olan məhsulların ID kodlarını Woltun menyusunda POS ID hissəsinə yazmalısınız. Bu, təkcə məhsullara deyil, həmçinin məhsul modifikatorlarının ID kodlarına da şamil edilməlidir.
Clopos-da Məhsul ID Kodlarına Baxış:
Clopos-da məhsullarınızın ID koduna baxmaq üçün Menyu - Məhsullar bölməsinə daxil olun.
Cloposda Menyu- Modifikator idarəetməsi bölməsinə daxil olub, modifikator qrupunun adına bir dəfə klik edirik. Sağ tərəfdən açılan pəncərədə modifikator qrupunun daxilində olan məhsulların ID kodları qeyd edilib. Bu ID kodlar Woltda qeyd edilərkən ID kodlarının qarşısında mütləq şəkildə "M" yazılmalıdır. "M" yazılması bu ID kodun modifikator olduğunu bildirir.
Menyuların Eyniləşdirilməsindən Sonra Token və Webhook URL Təqdimatı
Menyular eyniləşdirildikdən sonra, Clopos sistemi tərəfindən sizə Token və Webhook URL təqdim olunur. Bu kodlar Wolt şirkətinə təqdim edilməlidir. Bu mərhələni tamamladıqdan sonra menyuda dəyişiklik etmək mümkün olmayacaq, buna görə bu prosesi ən sonda həyata keçirmək tövsiyə olunur.
Wolt İntegrasiyasından Sonra Bilməli Olduqlarınız:
Wolt sifarişi Clopos bildiriş panelinə gəldikdə iki seçim ilə qarşılaşırsınız: Təsdiq et və İqnore et.
Təsdiq et: Sifarişi təsdiqlədiyiniz zaman, hazırlanma müddətini seçə bilərsiniz.
İqnore et: Sifarişi iqnor etdiyiniz zaman Wolt-da da həmin sifariş iqnor edilir.
Wolt-da Sifarişin İqnor Edilməsi:
Əgər sifarişi Clopos yox, birbaşa Wolt vasitəsilə iqnor etsəniz, Clopos-da yalnız İqnore et seçimi aktiv olacaq və məcbur olaraq bu seçim edilməlidir.
Wolt-da Sifarişin Təsdiqlənməsi:
Wolt panelində sifarişi təsdiqləsəniz, həmin sifarişin Clopos ilə inteqrasiyası kəsiləcək. Təsdiq et sözü Yeni çek sözü ilə əvəz olunacaq. Yeni çek yarat seçimi ilə, sifarişdəki məhsullarla birgə yeni bir çek açılacaq, lakin bu çekin Wolt ilə inteqrasiyası olmayacaq. Bu seçim yalnız hesabatların düzgün aparılması üçün nəzərdə tutulub.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: