Əməkdaşlara bonus sisteminin tətbiqi:
Əməkdaşlara bonus sistemi tətbiq etmək üçün Tətbiqlər → Hamısı bölməsinə daxil olun. Modullar siyahısından Həvəsləndirici proqramı tapıb, +Qoşulmaq düyməsini klik edin.
Bonus sisteminin aktiv edilməsi:
Modula qoşulduqdan sonra Tənzimləmələr bölməsinə daxil olun. Statusu aktivləşdirərək Saxla düyməsini klik edin.
Həvəsləndirici proqramın yaradılması:
Tətbiqi qoşduqdan sonra həvəsləndirici proqram yaratmaq lazımdır. Bunun üçün Əməkdaş → Həvəsləndirici Proqram → +Yarat düyməsini klik edin.
Təşviqetmə Proqramlarının Görüntülənməsi:
Yaradılmış bütün təşviqetmə proqramlarını Əməkdaş → Həvəsləndirici Proqramlar bölməsində görmək mümkündür. Bu bölmədə proqramların adı, təsviri, performans növü, aktiv günlər, başlanğıc və bitmə tarixləri, eləcə də digər məlumatlar əks olunur. Hər bir proqramın qarşısında yerləşən üç nöqtəli menyu vasitəsilə proqramı redaktə etmək və ya silmək mümkündür.
Təşviqetmə Proqramının Parametrləri:
Ad: Proqramın adını daxil edin.
Açıqlama: Proqramın qısa təsvirini yazın.
Performans növü: "Öz satışları" və ya "Ümumi satışlar" seçimlərindən birini seçin. (Məsələn, "Ümumi satışlar" seçildikdə, hər hansı işçi satış etdikdə digər aidiyyatı şəxslər də bonus ala biləcək. Misal olaraq, menecer hər hansı işçinin satışından bonus ala bilər.)
Satış bonusu faizi: Satışlara görə tətbiq ediləcək bonus faizini təyin edin.
Təyin edilmiş rollar: Proqramın hansı rollara aid olduğunu seçin.
Təyin edilmiş işçilər: Bu proqramın hansı işçilərə aid olduğunu seçin. Əməkdaşa bonus hesablanması üçün ya vəzifə, ya da fərdi olaraq özü seçilməlidir.
Satış növləri: Bu proqramın hansı satış növlərinə aid olduğunu seçin (məsələn, "Yerində" və ya "Çatdırılma").
Aktiv tarix: Bonusların veriləcəyi tarixləri seçin.
Aktiv günlər: Bonusların veriləcəyi həftə günlərini seçin.
Aktiv saatlar: Bonusların veriləcəyi saatları seçin.
İstisna kateqoriyalar: Bonus verilməyəcək kateqoriyaları seçin.
İstisna məhsullar: Bonus verilməyəcək məhsulları seçin.
Bonus Balansının Görüntülənməsi:
Maliyyə bölməsindən Əmək haqqı səhifəsinə daxil olaraq, hər bir işçinin bonus balansını görə bilərsiniz. Bu səhifədə işçilərin ümumi ödənişi, maaşı, ödənilən məbləğ və bonus balansı kimi məlumatlar yer alır.
Bonusların Statistika Bölməsində Görüntülənməsi:
Statistika bölməsindən Hesabat → Əməkdaş səhifəsinə daxil olaraq, hər bir işçinin müəyyən dövr ərzində qazandığı bonusları görə bilərsiniz. Burada hər işçinin bonus məbləği, qonaq sayı, ümumi qəbzlər, gəlir və digər məlumatlar əks olunur. Hər hansı bir işçinin bonus məbləğini tıklayaraq, həmin işçinin hansı məhsullardan bonus topladığını göstərən pəncərəni açmaq mümkündür.
Bonusların Ətraflı Görüntülənməsi:
Hər hansı bir işçinin bonus məbləğini tıkladıqda açılan pəncərədə həmin işçinin topladığı bonusların ətraflı siyahısını görə bilərsiniz. Burada hər bir bonusun tarixi, məhsul adı, təşviqetmə proqramı və bonus məbləği kimi məlumatlar yer alır.
Əməkdaşa bonus verilməsi:
Maliyyə → Əməliyyatlar → +Yarat seçimini edərək, Bonus (Həvəsləndirici proqram) kateqoriyasını və bonus veriləcək əməkdaşı seçib bonus-xərc əməliyyatı yarada bilərsiniz. Yaradılmış bonus əməliyyatı nəticəsində əməkdaşın bonus balansı azalacaq.
Məxaric edərkən balansın azalmasının səbəbi əməkdaşınıza bonus ödənişi etməyinizdir.