Məhsulları stop listə salaraq, onların satışını dayandıra bilərik. Bunun üçün terminalda Tənzimləmələr düyməsinə klik edib Stop list butonunu seçirik
Stop list funksiyasını aktiv etdikdən sonra, hansı məhsulu stop listə əlavə etmək istəyiriksə, həmin məhsulların üzərinə klikləyirik. Kliklədiyimiz zaman həmin məhsulun rəngi dəyişərək ağarır və passiv rejimə keçir.
Əməliyyatı bitirdikdən sonra, stoplisti üzərinə klik edərək deaktiv edib, tənzimləmələrdən bölümündən çıxış edirik.
Hansı məhsulların satışına stop qoyulduğuna baxmaq üçün, Stop listi klikləyərək görə bilərik.
Stop listdəki məhsullar bu formada görünür.