Ana içeriğe geç

Yarımfabrikatların Excel vasitəsi ilə daxil edilməsi

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

Clopos sistemində yarımfabrikatları tərkibləri ilə birgə  toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni Excel sənədi yaradıb, yarımfabrikatların adlarını, vahidini, kateqoriyasını və digər müvafiq məlumatları cədvəl şəklində qeyd etməlisiniz. Tərkibli yarımfabrikat menyusunu sistemə vurmaq üçün, aşağıdakı ardıcıllıqla məlumatları Excel-ə qeyd edirsiniz:

  • Name (Ad) → Bu sütunda ilkin olaraq yarımfabrikatların adı, sonra isə tərkibdə qeyd edilən məhsulların adı qeyd olunur.

  • Type (Növü) → Məhsul növlərinin adı qeyd olunur. Qeyd etdiyiniz məhsul əgər yarımfabrikatdırsa - PREPARATION, inqrediyentdirsə - INGREDIENT kimi qeyd edilir.

  • Category (Kateqoriya) → Burada yarımfabrikatlarıninqrediyentlərin hansı kateqoriyada olduqlarını müəyyən edirsiniz.

💡Əgər inqrediyentləriniz mövcuddursa, yarımfabrikat yaradan zaman, inqrediyentlərinizin adını Clopos sistemində necə yazmısınızsa, eynisini yaradın ki, eyni adla başqa bir inqrediyent yaranmasın.

  • Cost Price (Maya Dəyəri) → Bu sətirdə aldığınız inqrediyentlərin bir vahidinə uyğun olaraq çəkisinin və ya bir ədədinin qiymətini yazırsınız. Məsələn, un məhsulunun 5 kq-i 2.5 qəpikdirsə, 1 kq-a uyğun maya dəyəri 0.5 qəpik olaraq qeyd edilməlidir.

  • GROSS → Bu sətirdə tərkibə gedən inqrediyentlərin miqdarını yazırsınız. Bu sütundakı xanalar yarımfabrikat üçün boş qalmalıdır.

  • Unit (Vahid) → Bu hissədə inqrediyentin ölçü vahidini uyğun olaraq göstərməlisiniz (kg, l, pcs, m, gr ).

  • Net Output → Bu hissədə yarımfabrikatın Ümumi çıxış miqdarını qeyd edirik.

💡Qeyd edək ki, başlıqlar, vahid, və məhsul növü İngilis dilində yazılmalıdır.

Bütün yarımfabrikatlar bu formada alt-alta qeyd edilməlidir. Tərkiblərdə istifadə edilən və yaradılmış olan inqrediyent adları, eyni məhsul üçün eyni formada olmalıdır. Məsələn, Kök adlı məhsul bir tərkibdə KÖK, digərində isə YERKÖKÜ deyə yazılmamalıdır! Belə olan halda, sistem onları fərqli məhsul hesab edərək, inqrediyent bazasında hər ikisini ayrıca yaradacaq.

Excel cədvəlini doldurduqdan sonra arxa panelə daxil olub, faylı import edirik.

Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?