Tüm Koleksiyonlar
Azərbaycan dilində
Sual-cavab
Məhsulun silinməsi üçün anbarda ehtiyyatın sıfırlanması
Məhsulun silinməsi üçün anbarda ehtiyyatın sıfırlanması

məhsul silinmə, anabar ehtiyyat, inventarlaşdırma , toplu əməliiyat

Javid Huseyn avatar
Yazar: Javid Huseyn
Bir haftadan uzun bir süre önce güncellendi

Menyuda məhsul silmək üçün Menyu => Məhsullar bölməsinə daxil oluruq. Silmək üçün istədiyimiz məhsulu axtarırıq (misal: Cola banka 330ml ). Məhsul sətrinin üzərində mausun sağ düyməsini sıxaraq (və ya sətr sonunda yerləşən üç nöqtədən) açılan bölümdə Sil düyməsinə vururuq.

Əgər silmək istədiyimiz məhsul üzrə heç bir əməliyyat olmayıbsa (alış və ya satış) bu zaman o sistemdən silinəcək.

Bəzən məhsulu silən zaman əməliyyatda səhvlik barədə məlumat lövhəsi ilə qarşılaşırıq.

Bunun səbəbi aşağıdakı hallardan biri ola bilər:

  • Məhsul hər hansı açıq çekdə ola bilər. ( Satış => Çeklər bölümündən həmən məhsul olan çeklərə baxa bilərsiz) çeklərdən o məhsulu silməklə problemi həll etmiş olursunuz.

  • Modifikator daxilində istifadə oluna bilər.

  • Anbarda Ehtiyyatda o məhsul ola bilər.

Anbarda məhsulun ehtiyyatına baxmaq üçün İnventar => Ehtiyyat bölməsinə daxil olub axtarış edirik. Aşağıdakı şəkildə gördüyümüz kimi, məhsulumuz Əsas Anbarda 12 ədəd var.

Məhsulun sayını anbarda sıfırlamaq üçün İnventar => İnventarlaşdırma bölməsinə daxil olub yarat vururuq. Bu hissə anbarda sayım nəticələrinin sistemə salınmasında və anbar qalığının müəyyənləşdirilməsində istifadə olunur.

Açılan pəncərədə anbar qalığının müəyyənləşdirilməsi üçün Anbar hissəsindən hesablama aparılacaq anbarımızın adını seçib, "Addım 2" butonuna vurub aşağı hissədə yerləşən Əlavə et bölməsinə gəlirik.

qeyd: ("Addım 2" məhsulların, inqredientlərin və hazırlamaların hesablanması üçündür)

Sayım aparmaq istədiyimiz məhsulu seçib (misal: Cola Banka 330ml), aşağı hissədə yerləşən Tətbiq et düyməsinə vururuq.

Açılan pəncərədəki cədvəldə məhsulumuzun anbarda nə qədər qaldığı (Gözlənilən qalıq) və sayımdan sonrakı sayı nə qədər olub (Faktiki anbar qalığı) hissəsində görsənir. Faktiki Anbar hissəsi sistemdən birbaşa sıfır olaraq gəlir. Məhsulu sıfırlamaq üçün bu məlumatı belə saxlayıb "İnventarlaşdırma yoxlamasını aparın" düyməsinə vururuq.

Ehtiyyatlar bölməsinə yenidən baxsaq Məhsulumuzun sayı artıq sıfırlanmış olacaq. Sətrin axırında yerləşən üç (...) nöqtədən Sil vurub məhsulu anbardan silirik.

Artıq Məhsul anbarda olmadığına görə, Menyu hissəsindən silmək olar. Menyu => Məhsullar hissənə daxil olub məhsulun sətrinin axırında yerləşən üç (...) nöqtədən Sil vurub məhsulu sistemdən silirik.

Bu cevap sorunuzu yanıtladı mı?