Satış terminalında ödənişi hissələrə bölmək mümkündür.
Sistem avtomatik olaraq Nağd ödəniş üsulunu seçir. Lakin Siz ödənişi hissələrə bölərək Nağd, Kart, Müştəri balansı ödəniş tiplərinə yazmaqla ödənişi bağlaya bilərsiniz.
Bunun üçün ödəniş məbləğini yazacağınız bölümün üzərinə vuraraq ekranın sol hissəsində görünən daxil etmə rəqəmlərindən istifadə etməklə lazım olan məbləği daxil edirsiniz.
məsələn: Aşağıdakı şəkildə qeyd edilmiş 17.85 manat hesab Nağd, Kart, Müştəri balansı hesablarına bölünərək bağlanmışdır.
Ödəniş növünə görə məbləği düzgün qeyd etdikdən sonra Bağla butonuna basaraq hesabı bağlaya bilərsiniz.