Clopos arxa panelə obyektinizin yerləşdiyi koordinatları əlavə etmək üçün öncə https://map.google.com ünvanında yerləşən Google xəritəyə daxil olaraq obyektinizi tapırsınız.
Sonra (yuxarıdakı şəkildə 1 nömrə ilə işarələndiyi kimi) dəqiqliklə həmin nöqtənin üzərində mausun sağ düyməsini vurursunuz. Açılan pəncərədə ilk sətirdə olan kordinatların vergülə qədər olan birinci hissəsini (yuxarıdakı şəkildə 2 nömrə ilə işarələnmişdir) Clopos arxa paneldə olan Ayarlar > Ümumi bölməsində Brend ayarları pəncərəsindəki (aşağıdakı şəkildə göstərilmişdir) uzunluq xanasına, vergüldən sonrakı ikinci hissəsini (yuxarıdakı şəkildə 3 nömrə ilə işarələnmişdir) isə enlik xanasına yazırsınız. Daha sonra yuxarı sağ küncdə olan Saxla düyməsinə vuraraq əməliyyatı təsdiqləyirsiniz.