Ana içeriğe geç

Tərkiblərin Excel vasitəsi ilə daxil edilməsi

Bir haftadan uzun bir süre önce güncellendi

Clopos sistemində tex.kartaları toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni Excel sənədi yaradıb, tex.kartaların adlarını, ölçü vahidini, kateqoriyasını və digər müvafiq məlumatları cədvəl şəklində qeyd etməlisiniz. Tərkibli menyunu sistemə vurmaq üçün, aşağıdakı ardıcıllıqla məlumatları Excel-ə qeyd edirsiniz:

  • Name (Ad) → Bu sütunda ilkin olaraq satışı yaradılacaq məhsulun adı, sonra isə tərkibdə qeyd edilən inqrediyent, məhsulların və ya yarımfabrikatların adları qeyd olunur.

  • Type (Növü) → Burada daxil etdiyiniz məhsulların tipinə uyğun olaraq adlarını qeyd edirsiniz (GOODS, DISH, INGREDIENT, PREPARATION). Əgər alınmış məhsul olduğu kimi dəyişiklik edilmədən satılırsa - GOODS, tərkibli məhsuldursa - DISH, tərkibə daxil olan məhsuldursa - INGREDIENT, yarımfabrikatdırsa - PREPARATION yazırsınız. Bütün məhsul növləri İngilis dilindəböyük hərflərlə qeyd edilməlidir.

    Məsələn: Coca-Cola məhsulunu həm hazır məhsul, həm də inqrediyent kimi yarada bilərsiniz. Bu zaman birinci halda həmin məhsul GOODS, ikinci halda isə INGREDIENT kimi yazılmalıdır.

💡Şəkildə olan rəng nümunə xarakterlidir və məhsulları bir-birindən ayırmaq üçündür. Excel faylı hazırlayarkən rənglərdən istifadə etməyin!

  • Category (Kateqoriya) → Burada məhsulların, yeməklərin və inqrediyentlərin hansı kateqoriyada olduğunu müəyyən edirsiniz.

  • Station (Şöbə) → Şöbə dedikdə, məhsullarınızın hazırlandığı yer nəzərdə tutulur. (Qeyd: Yalnız məhsullara və yeməklərə şöbə yazılır, inqrediyentlərə şöbə yazılmır.

  • Price (Qiymət) → Məhsulun satış qiyməti yazılır. Məsələn: 10, 20, 25. (Qeyd: Yalnız məhsullara və yeməklərə qiymət yazılmalıdır.)

  • Cost Price (Maya Dəyəri) → Bu sətirdə aldığınız inqrediyentlərin bir vahidinə uyğun olaraq çəkisinin və ya bir ədədinin qiymətini yazırsınız. Məsələn, un məhsulunun 5 kq-i 2.5 qəpikdirsə, 1 kq-a uyğun maya dəyəri 0.5 qəpik olaraq qeyd edilməlidir.

  • GROSS → Bu sətirdə tərkibə gedən inqrediyentlərin miqdarını yazırsınız. Bu sütundakı xanalar tex karta üçün boş qalmalıdır.

  • Unit (Vahid) → Bu hissədə inqrediyentin ölçü vahidini uyğun olaraq göstərməlisiniz (kg, l, pcs, m, g).

  • Sold by weight (Çəki ilə Satılır) → Əgər məhsul və ya yemək çəki ilə satılarsa, aidiyyəti sütunda "1" rəqəmi qoymaq kifayətdir.

💡Qeyd edək ki, başlıqlar, vahid, və məhsul növü İngilis dilində yazılmalıdır.

Tərkiblərin yazıldığı Excel faylında tərkibləri olmayan tex.kartaları əlavə etməyiniz məsləhət görülmür. Bu halda, tex.karta tərkibin tex.karta yarana bilər.

Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!

Excel cədvəlini doldurduqdan sonra, arxa panel-ə daxil olub, faylı import edirik.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?