Clopos sistemində yeni ödəmə üsulu yaratmaq üçün arxa paneldə Satış → Ödəmə Üsulları bölməsinə daxil oluruq.Daxil olduğumuz səhifədə yuxarı sağ hissədə yerləşən Yarat düyməsinə klik edirik.
Daha sonra açılan səhifədə tələb olunan məlumatları qeyd edib saxla düyməsinə klik edirik.
Ad yerinə ödəmə üsulunun adını qeyd edirik.
Balans bölməsinə məbləğin yüklənməsi tələb olunan maliyyə hesabını qeyd edirik.
Əgər müştəri hesabı bölərək ödəyəcəksə (həm nağd həmdə digər ödəmə üsulu), bu halda bölünə bilən funksiyası aktiv olmalıdır. Əks halda hesab bölünmədən bir ödəmə üsulu ilə ödənilir.
"Müştəri seçilməlidir" bölümünü aktiv etsəniz, ödəmə üsulunu seçərkən, müştəri əlavə etmək üçün səhifə açılacaq. (Bu bölüm aktiv olduğu zaman, mütləq halda çekə müştəri seçməlisiniz)