NBA smart kassa inteqrasiyası

Clopos sisteminə NBA smart kassa sistemini necə inteqrasiya etmək olar ?

Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

NBA kassa cihazını Clopos sisteminə inteqrasiya etmək üçün arxa paneldən Tənzimləmələr→ Modullar→Smart Kassa hissəsində Qoşul sözünə vuraraq aktiv edirik. Daha sonra ayarla sözünə vuraraq növbəti mərhələyə keçid edirik.

Açılan pəncərədə ilk öncə E-kassanı aktivləşdirin. Daha sonra Terminalda göstərini aktiv edin. Operator bölməsindən NBA kassa modelini seçdikdən sonra İP ünvanı qeyd edirik (ip ünvanını öyrənmək üçün NBA kassa cihazının şəbəkə ayarlarına daxil olmaq lazımdır)

İP ünvanı bu şəkildə yazılmalıdır → 192.168.1.125:2000, bu ( 192.168.1.1 ) İP ünvanı şərtidir.

Məlumatları daxil etdikdən sonra sağ yuxarı hissədə mövcud olan Saxla düyməsinə klik edib verilənləri yaddaşda saxlayırıq.

Qeyd: NBA kassa cihazının Clopos sistemində inteqrasiyası zamanı hər iki proqram eyni şəbəkə üzərində olmalıdır.

Daha sonra inteqrasiya prosesini başladırıq. İnteqrasiya prosesini başlatmaq üçün NBA şirkəti ilə əlaqə saxlamaq lazımdır. Clopos terminalında aşağıdakı şəkildə NBA smart kassasının sistemimizə inteqrə olunduğundan əmin oluruq.

Üç xəttə vuraraq çıxan admin paneldən Cihazlar bölməsində olan Smart kassa bölməsinə keçid edirik.

İnteqrasiyanı yoxlamaq üçün yoxla düyməsinə vururuq.


Bu cevap sorunuzu yanıtladı mı?