Ana içeriğe geç

Xidmət haqqı faizini əlavə etmək

Xidmət haqqı faizini necə əlavə etmək olar ?

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

Xidmət haqqı, müəyyən bir xidmətin göstərilməsi qarşılığında alınan ödənişdir. Bu, xidmətin təmin edilməsi, dəstək, yaxud xidmətlə bağlı digər əməliyyatlar üçün təyin olunan məbləğdir.

Xidmət haqqının 3 növü var:

  • Ümumi tətbiq edilmiş xidmət haqqı

  • Satış üsuluna tətbiq edilmiş xidmət haqqı

  • Zala tətbiq edilmiş xidmət haqqı

Xidmət haqqı tənzimləmələrini dəyişmək üçün, Arxa paneldə TənzimləmələrTerminal bölməsinə daxil oluruq.

Xidmət haqqının birbaşa tətbiqi – Bu düyməni aktiv etdiyimiz halda, masa açıldığı zaman xidmət haqqı avtomatik olaraq çekə əlavə olunur. Əgər deaktivdirsə, bu halda masa açılarkən çekə avtomatik əlavə olunmayacaq. Əgər sizin xidmət haqqını masaya tətbiq etmə icazəniz varsa, məhsulu çekə əlavə edib və ya silə bilərsiniz.

Xidmət haqqı faizi – Xidmət haqqı faizini buradan dəyişə bilərsiniz.

Xidmət haqqının hesablanması – Xidmət haqqının endirimdən əvvəlki qiymətə və ya endirimdən sonrakı qiymətə tətbiq edilməsini düzəldə bilərsiniz.

Xidmət haqqının Satış üsuluna tətbiqi

Əlavə olaraq, xidmət haqqını satış üsuluna görə də fərqləndirə bilərsiniz. Bunun üçün Satışlar bölməsində Satış üsullarına gələrək, istədiyiniz tipi seçib dəyiş düyməsinə vurmalısınız. Məsələn, yalnız restoran daxili servis haqqının 15 faiz olmasını istəyirsinizsə, Xidmət haqqını dəyişdirərək, Saxla düyməsinə vurursunuz. Burada qeyd etdiyiniz xidmət haqqı faizi bütün filiallara aiddir. Qeyd edim ki, Ayarlarda olan xidmət haqqı seçildiyi halda, ümumi xidmət haqqı əsas götürülür.

Xidmət haqqının Zala tətbiqi

Xidmət haqqını zallara görə də təyin etmək mümkündür. Bu halda hər bir zala fərqli xidmət haqqı tətbiq edilir. Bunun üçün, Arxa paneldə TənzimləmələrMasa idarəetməsi bölməsinə daxil oluruq. Daxil olduqdan sonra, hansı zala fərqli xidmət haqqı tətbiq edəcəyiksə, onun qarşısındakı 3 nöqtəyə klikləyib,Dəyişmək düyməsini seçirik. Açılan pəncərədə standart qeyd olunmuş xidmət haqqını da seçə bilərik, fərqli xidmət haqqı təyin edib, Saxla da vura bilərik. Burada qeyd olunan xidmət haqqı faizi tətbiq edilən filiala məxsusdur.

💡Əgər hər 3 bölmədə xidmət haqqı təyin edilibsə, birinci zala tətbiq edilmiş xidmət haqqı, ikinci satış üsuluna görə, üçüncü isə ümumi xidmət haqqı əsas götürülür. Zalda xidmət haqqı varsa, o ilə hesablanacaq və satış üsulu nəzərə alınmayacaq.

Məhsula xidmət haqqının hesablanmaması ilə bağlı geniş məlumatı Məhsula xidmət haqqının hesablanmaması sözünə klikləyərək əldə edə bilərsiniz.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?