Ana içeriğe geç

Menyunun Excel ilə import edilməsi

Sistemə daxil etmək üçün məhsullarınızı necə Exceldə yazmaq olar ?

Bir haftadan uzun bir süre önce güncellendi

Clopos sistemində menyunu toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni Excel sənədi yaradıb, məhsulların adlarını, qiymətini, kateqoriyasını, şöbəsini və növünü cədvəl şəklində qeyd etməlisiniz.

İmport sənədinin yaradılması ardıcıllığı ilə tanış olaq:

  1. MS Excel yeni fayl yaradırıq.

  2. Faylın sütunlarını aşağıdakı şəkildə qeyd edirik.

Şəkildə göstərilən qaydada məhsullarımızı və Tex. Kartalarımızı əlavə edirik.

Sütunlar aşağıdakı şəkildə qeyd edilir:

  • Name – Hazır məhsulun və ya Tex.Kartanın adı qeyd edilir.

  • Price – Məhsulu satacağımız qiymət qeyd edilir.

  • Category – Məhsul və ya Tex.Kartanın kateqoriyası qeyd edilir.

  • Station – Məhsul və ya Tex.Kartanın hazırlandığı yer qeyd edilir. Hansı ki, siz həmin şöbəyə printer quraşdırıb, terminaldan göndəriləcək çeklərin hansı şöbəyə gedəcəyini təmin edəcək.

  • Type – Məhsulun tipi qeyd edilir. Yalnız DISH və ya GOODS yazılmalıdır.

  • Barcode – Əgər məhsulun barkodu varsa, qeyd edilə bilər. Yoxdursa, bu sütunu silə bilərsiniz.

💡Yaradacağımız məhsul hazır məhsuldursa GOODS, Tex.Kartadırsa DISH qeyd edilməlidir. Əks halda excel faylı qəbul edilməyəcəkdir.

Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?