Çəki ilə satılan məhsulları yaratmaq üçün Arxa paneldə Menyu → Məhsullar bölməsinə daxil olun. Burada Yarat düyməsini klikləyərək, Texniki kart(Tex karta) seçimini edin. Məhsulun adını, qiymətini və barkodunu və s. qeyd etdikdən sonra Çəki ilə satılır funksiyasını aktivləşdirin.
Məhsulu çekə əlavə etdikdə, qarşınıza yeni bir pəncərə açılır. Bu pəncərədə hesablamanı həm çəkiyə, həm də dəyərə görə aparmaq mümkündür.
Əgər hesablamanı çəkiyə əsasən aparırıqsa, məhsulun çəkisini həm qram, həm də kiloqramla qeyd edə bilərik. Məsələn, kiloqram sahəsinə 0.1 yazıldıqda, bu 100 qram məhsulun çekə əlavə olunması deməkdir. Məhsulun satış qiyməti texniki kartda (tex kartada) göstərilmiş qiymət əsasında hesablanır. İstəyə uyğun olaraq, konkret bir çek üçün satış qiymətini dəyişmək mümkündür. Satış qiymətində dəyişiklik etdikdə, pəncərənin aşağı hissəsində məhsulun dəyişiklikdən əvvəlki orijinal qiyməti əks olunur.
Çəki daxil edildikdən sonra, sistem yazılan çəkiyə uyğun olaraq avtomatik qiymət hesablamasını həyata keçirir.
Əgər hesablamanı dəyərə görə aparırıqsa, Orijinal qiymətdən əlavə bir qiymət təyin etdikdə, yeni qiyməti qeyd edirik və sistem bu qiymətə uyğun olaraq məhsulun çəkisini avtomatik hesablayır.
💡Əgər tərəzi istifadə edirsinizsə, bütün bu prosesləri birbaşa tərəzidə həyata keçirirsiniz. Barkodu oxutduğunuz zaman isə məhsulun qiyməti və çəkisi avtomatik olaraq çekə əlavə olunur.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: