Yeni şöbənin yaradılması:
- Arxa Panelə Daxil Olun: Əsas paneldə Menyu → Şöbələr bölməsinə keçid edin. 
- Şöbə Yaratmaq: Açılan səhifədə, yuxarı sağ küncdə yerləşən Yarat düyməsini klikləyin. 
- Şöbə Məlumatlarını Daxil Edin: Yeni şöbə yaradarkən adını, çap edilə bilər funksiyasını və şöbə xatırlatmasını istəyinizə uyğun aktiv və ya qeyri aktiv edin. 
- Çap edilə bilər funksiyasını aktiv etdikdə artıq həmin çeki printerdən çıxara biləcəksiniz. 
- Şöbə xatırlatması funksiyasını aktiv etdikdə isə məhsulu printerə göndərmədən çeki bağlasanız və ya çekdən çıxmağa çalışsanız sizə bildiriş ekranı çıxır və xatırlatma edir. 
- Saxla: Məlumatları əlavə etdikdən sonra Saxla düyməsinə klikləyin. 
 - Yaradılan şöbəni məshula tətbiq etmək:
Həmin şöbəni məhsula əlavə etmək üçün Menyu → Məhsullar bölməsinə daxil olub "Şöbə" təyin etmək istədiyimiz məhsulda "Dəyişmək" düyməsinə klik edirik.
Açılan səhifədə yeni yaratdığımız şöbəni təyin edirik.
Yaradılan şöbəni printerə tətbiq etmək:
Terminalda pin daxil etdikdən sonra sağ yuxarıda olan 3 xəttə klik edirik.
Açılan pəncərədə Cihazlar bölməsinə daxil oluruq.
Tətbiq edəcəyimiz printerdə ox düyməsinə klik edirik.
Və şöbəni təyin edirik.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:







