Maliyyə Kateqoriyalarının İdarə Edilməsi: Əsas Addımlar və Əhəmiyyəti
Maliyyə kateqoriyaları, maliyyə əməliyyatlarınızı izləməyi və idarə etməyi asanlaşdıran təsnifat sistemidir. Bu sistem, maliyyə fəaliyyətlərinizi daha aydın şəkildə görməyə, büdcənizi səmərəli planlaşdırmağa və gəlir-xərc balansınızı izləməyə kömək edir. Düzgün kateqoriyalaşdırma, maliyyə qərarlarını dəqiq məlumatlara əsaslanaraq verməyinizə imkan tanıyır.
Maliyyə Kateqoriyası Yaratma Prosesi
Arxa paneldə yeni maliyyə kateqoriyası yaratmaq üçün aşağıdakı addımları izləyin:
İlk olaraq, "Maliyyə" bölməsinə daxil olun.
"Kateqoriyalar" seçimini seçin.
+Yarat düyməsini klikləyin.
Açılan pəncərədə aşağıdakı məlumatları doldurun:
Ad: Yaratmaq istədiyiniz maliyyə kateqoriyasının adı.
Növ: Bu, yarada biləcəyiniz üç növdən biri olacaq: Mədaxil, Məxaric, ya da Hər ikisi. Əməliyyata uyğun növü seçin.
Mədaxil -Əgər kateqoriya yaradarkən mədaxil seçimi etmişsinizsə, mədaxil əməliyyatı yaradarkən yalnız seçdiyiniz mədaxil kateqoriyaları görünəcək.
Məxaric - Əgər kateqoriya yaradarkən məxaric seçimi etmişsinizsə, məxaric əməliyyatı yaradarkən yalnız seçdiyiniz məxaric kateqoriyaları görünəcək.
Hər ikisi - Əgər kateqoriya yaradarkən hər ikisi seçimi etmişsinizsə, əməliyyat yaradarkən həm mədaxil, həm məxaric kateqoriyaları görünəcək.
Üst Kateqoriya: Yaratdığınız kateqoriya üst kateqoriyadırsa, bu bölmədə heç bir kateqoriyanı seçməyin. Əgər alt kateqoriya yaradırsınızsa, müvafiq üst kateqoriyanı seçin.
Sistemdə müəyyən kateqoriyalar mövcuddur ki, bu kateqoriyalar sistem tərəfindən avtomatik olaraq yaradılmış və qıfıl işarəsi ilə işarələnmişdir. Bu işarə, həmin kateqoriyalarda hər hansı bir dəyişiklik etməyin mümkün olmadığını göstərir.
Hesabatların İzlənməsi:
Yaratdığınız kateqoriyalar üzrə hesabatları izləmək üçün "Maliyyə" bölməsində "Hesabatlar" bölməsinə daxil olun. Bu, sizə maliyyə vəziyyətinizi daha dəqiq anlamağa kömək edəcək.