Cloposda xərc və mədaxil kateqoriyalarında standart xərclər və mədaxil kateqoriyaları yaradılmışdır. Standart yaradılmışların yanında “qıfıl” işarəsi vardır ki, bu da həmin xərc və mədaxil kateqoriyalarının silinə bilməməsinə işarədir. Bundan əlavə olaraq siz özünüzə uyğun xərc və mədaxil kateqoriyaları da yarada bilərsiniz. Yaradılması tövsiyyə olunan xərc kateqoriyaları aşağıda siyahı halında göstərilmişdir. Hər kateqoriyanın daxilində alt kateqoriyalar da verilmişdir ki, bu da sizin xərc və gəlirlərinizi qruplaşdırmağa kömək edəcəkdir.
Yaradılması tövsiyyə olunan xərc kateqoriyaları
1. İcarə
2. Kommunal
a) İşıq pulu
b) Su pulu
c) Qaz pulu
d) Bələdiyyə
e) Məişət tullantıları (zibil pulu)
f) İnternet
g) Telefon / rabitə
h) Xidmət haqqları
3. Digər xərclər (Bu ana kateqoriya sistem tərəfindən avtomatik yaradılmışdır)
a) Saxlanma xərcləri
b) Təsərrüfat xərci
c) Dəftərxana xərcləri
d) Sair ödəmələr
e) Ezamiyyət xərcləri
f) Bank xidmət haqqı
4. Büdcə xərcləri
a) DSMF
b) Gəlir vergisi
c) ƏDV
d) Sadələşdirilmiş vergi
e) Sığorta
f) Əmlak vergisi
Qeyd: və s. büdcə xərclərini bu qaydada yaradıb artıra bilərsiniz.
5. Təmir-tikinti
a) Tikinti materialları
b) Xidmət haqqı
6. Nəqliyyat xərcləri
a) Kuryer haqqı
b) Taksi
c) Yol pulu
7. Aqreqator xidmət haqqı (Wolt, Bolt xidmət haqqı)
Siyahıda Kateqoriyalar nömrə ilə, alt kateqoriyalar isə hərflərlə işarələnmişdir. Nümunə olaraq aşağıdakı şəkilə baxa bilərsiniz.