Ana içeriğe geç
Veb-kassir

Arxa paneldən necə çek yarada bilərik?

Nurane avatar
Yazar: Nurane
3 aydan uzun süre önce güncellendi

     Terminaldan satış edə bildiyimiz kimi, arxa paneldən də bunu etmək olar. Bunun üçün, əlavə modul aktiv edilməlidir. Modulu aktiv etmək üçün, Arxa panel→Tətbiqlər→Hamısı bölməsinə daxil olub Veb-Kassir moduluna qoşuluruq. Modul üzrə 29 AZN məbləğində ödəniş tələb olunur. (Bu ödəniş, aylıq ödəniş etdiyiniz abunəliyin üzərinə gəlmiş olacaq) Qoşulduqdan sonra Tətbiqlər bölməsinə modul əlavə edilir.

Modula daxil olub, Statusu aktiv edib saxla vururuq.

Status aktiv edildikdən sonra, Satış → Çeklər bölməsinə daxil olub +Yarat vururuq.

  1. Satış üsulunu tətbiq edirik. (Satış kanalı Çatdırılma və ya Takeaway olan bir satış üsulu seçilə bilər.)

  2. Çekə məhsulları əlavə edirik.

  3. Ödəniş üsulu tətbiq edilir.

  4. Kuryer və ya satıcı təyin edilib, açıqlama yazıla bilər.

  5. Çekə müştəri əlavə edə bilərsiniz. Əlavə etdikdən sonra, müştəri məlumatları əks olunacaq.

6. Çekə ümumi endirim tətbiq edilir

7. Çekə xidmət haqqı tətbiq edilir. Tənzimləmələrdə olan xidmət haqqı faizi əsas götürülür. Əgər, satış üsuluna görə xüsusi xidmət haqqı tətbiq edilibsə, həmin xidmət haqqı faizi əsas götürülür.

8. Məhsullara vergi əlavə edilibsə, o vergi faizlərinin cəmi qeyd edilir.

9. Müştərinin ödəyəcəyi Yekun nəticə əks olunur.

10. Buradan məhsul üzrə dəyişikliklər etmək mümkündür. Dəyişiklik etmək istədiyimiz məhsulun qarşısındakı 3 nöqtəni klik etdikdə açılan bölümdən bir sıra dəyişiklikləri həyata keçirə bilərik. Buradan məhsula endirim, qiymət dəyişimi, ikram, satıcı təyin etmə və ya məhsulu çekdən silə bilərik.

      Çekə bütün məlumatları daxil etdikdən sonra, saxla düyməsini vururuq. Əlavə edilmiş bütün çeklər hesabatda əks olunur. Yaradılmış çeklərə baxmaq üçün, Satış → Çeklər bölməsinə daxil olub baxa bilərik. Sadəcə Veb kassa modulu ilə yaradılmış çeklərə baxmaq istəyirsinizsə, Filterdən istifadə edərək, mənbə bölümündən Web vasitəsini seçmək lazımdır.

Bu cevap sorunuzu yanıtladı mı?