İnqrediyentlərin import edilməsi
İnqrediyentlərin import edilməsi
Clopos sistemində inqredientləri toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni Excel sənədi yaradıb, inqredientlərin adlarını, ölçü vahidini, kateqoriyasını cədvəl şəklində qeyd etməlisiniz.
İmport sənədinin yaradılması ardıcıllığı ilə tanış olaq:
MS Excel yeni fayl yaradırıq.
Sütunlara sistemin tələb olunduğu qaydada adlarını qeyd edirik.
Sütunlar aşağıdakı şəkildə qeyd edilir:
Name – İnqrediyentin adı qeyd edilir. Məsələn, un.
Type – "INGREDIENT" sözü qeyd edilir.
Category – Yaradacağınız inqrediyentin kateqoriyası qeyd edilir. Məsələn, Un məmulatları.
Unit – İnqrediyentin ölçü vahidi qeyd edilir. Məsələn, kq.
Barcode - Əgər inqrediyentin barkodu varsa qeyd edilə bilər.
💡Ölçü vahidləri İngilis dilində qeyd edilməlidir
Daha sonra, inqredient bazasında bizə lazım olan inqredientlərin adlarını müvafiq xanaya yazırıq.
Bütün işləmləri bitirdikdən sonra, aşağıdakı şəkildə göstərilmiş nümunəyə uyğun olaraq bir sənəd əldə etmiş olacaqsınız.
Hazır edilmiş İmport sənədini Clopos sisteminə yükləmək üçün Menyu → İnqredient bölməsinə daxil olub, import düyməsinə klik edirik.
Bu zaman açılmış pəncərədən bizə lazım olan sənədi seçib, İmport düyməsinə klik edirik.
Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!
Menyunun Excel ilə import edilməsi
Menyunun Excel ilə import edilməsi
Clopos sistemində menyunu toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni Excel sənədi yaradıb, məhsulların adlarını, qiymətini, kateqoriyasını, şöbəsini və növünü cədvəl şəklində qeyd etməlisiniz.
İmport sənədinin yaradılması ardıcıllığı ilə tanış olaq:
MS Excel yeni fayl yaradırıq.
Faylın sütunlarını aşağıdakı şəkildə qeyd edirik.
Şəkildə göstərilən qaydada məhsullarımızı və Tex. Kartalarımızı əlavə edirik.
Sütunlar aşağıdakı şəkildə qeyd edilir:
Name – Hazır məhsulun və ya Tex.Kartanın adı qeyd edilir.
Price – Məhsulu satacağımız qiymət qeyd edilir.
Category – Məhsul və ya Tex.Kartanın kateqoriyası qeyd edilir.
Station – Məhsul və ya Tex.Kartanın hazırlandığı yer qeyd edilir. Hansı ki, siz həmin şöbəyə printer quraşdırıb, terminaldan göndəriləcək çeklərin hansı şöbəyə gedəcəyini təmin edəcək.
Type – Məhsulun tipi qeyd edilir. Yalnız DISH və ya GOODS yazılmalıdır.
Barcode – Əgər məhsulun barkodu varsa, qeyd edilə bilər. Yoxdursa, bu sütunu silə bilərsiniz.
💡Yaradacağımız məhsul hazır məhsuldursa GOODS, Tex.Kartadırsa DISH qeyd edilməlidir. Əks halda excel faylı qəbul edilməyəcəkdir.
Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!
Tərkiblərin Excel vasitəsi ilə daxil edilməsi
Tərkiblərin Excel vasitəsi ilə daxil edilməsi
Clopos sistemində tex.kartaları toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni Excel sənədi yaradıb, tex.kartaların adlarını, ölçü vahidini, kateqoriyasını və digər müvafiq məlumatları cədvəl şəklində qeyd etməlisiniz. Tərkibli menyunu sistemə vurmaq üçün, aşağıdakı ardıcıllıqla məlumatları Excel-ə qeyd edirsiniz:
Name (Ad) → Bu sütunda ilkin olaraq satışı yaradılacaq məhsulun adı, sonra isə tərkibdə qeyd edilən inqrediyent, məhsulların və ya yarımfabrikatların adları qeyd olunur.
Type (Növü) → Burada daxil etdiyiniz məhsulların tipinə uyğun olaraq adlarını qeyd edirsiniz (GOODS, DISH, INGREDIENT, PREPARATION). Əgər alınmış məhsul olduğu kimi dəyişiklik edilmədən satılırsa - GOODS, tərkibli məhsuldursa - DISH, tərkibə daxil olan məhsuldursa - INGREDIENT, yarımfabrikatdırsa - PREPARATION yazırsınız. Bütün məhsul növləri İngilis dilində və böyük hərflərlə qeyd edilməlidir.
Məsələn: Coca-Cola məhsulunu həm hazır məhsul, həm də inqrediyent kimi yarada bilərsiniz. Bu zaman birinci halda həmin məhsul GOODS, ikinci halda isə INGREDIENT kimi yazılmalıdır.
💡Şəkildə olan rəng nümunə xarakterlidir və məhsulları bir-birindən ayırmaq üçündür. Excel faylı hazırlayarkən rənglərdən istifadə etməyin!
Category (Kateqoriya) → Burada məhsulların, yeməklərin və inqrediyentlərin hansı kateqoriyada olduğunu müəyyən edirsiniz.
Station (Şöbə) → Şöbə dedikdə, məhsullarınızın hazırlandığı yer nəzərdə tutulur. (Qeyd: Yalnız məhsullara və yeməklərə şöbə yazılır, inqrediyentlərə şöbə yazılmır.
Price (Qiymət) → Məhsulun satış qiyməti yazılır. Məsələn: 10, 20, 25. (Qeyd: Yalnız məhsullara və yeməklərə qiymət yazılmalıdır.)
Cost Price (Maya Dəyəri) → Bu sətirdə aldığınız inqrediyentlərin bir vahidinə uyğun olaraq çəkisinin və ya bir ədədinin qiymətini yazırsınız. Məsələn, un məhsulunun 5 kq-i 2.5 qəpikdirsə, 1 kq-a uyğun maya dəyəri 0.5 qəpik olaraq qeyd edilməlidir.
GROSS → Bu sətirdə tərkibə gedən inqrediyentlərin miqdarını yazırsınız. Bu sütundakı xanalar tex karta üçün boş qalmalıdır.
Unit (Vahid) → Bu hissədə inqrediyentin ölçü vahidini uyğun olaraq göstərməlisiniz (kg, l, pcs, m, g).
Sold by weight (Çəki ilə Satılır) → Əgər məhsul və ya yemək çəki ilə satılarsa, aidiyyəti sütunda "1" rəqəmi qoymaq kifayətdir.
💡Qeyd edək ki, başlıqlar, vahid, və məhsul növü İngilis dilində yazılmalıdır.
Tərkiblərin yazıldığı Excel faylında tərkibləri olmayan tex.kartaları əlavə etməyiniz məsləhət görülmür. Bu halda, tex.karta tərkibin tex.karta yarana bilər.
Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!
Excel cədvəlini doldurduqdan sonra, arxa panel-ə daxil olub, faylı import edirik.
Yarımfabrikatların Excel vasitəsi ilə daxil edilməsi
Yarımfabrikatların Excel vasitəsi ilə daxil edilməsi
Clopos sistemində yarımfabrikatları tərkibləri ilə birgə toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni Excel sənədi yaradıb, yarımfabrikatların adlarını, vahidini, kateqoriyasını və digər müvafiq məlumatları cədvəl şəklində qeyd etməlisiniz. Tərkibli yarımfabrikat menyusunu sistemə vurmaq üçün, aşağıdakı ardıcıllıqla məlumatları Excel-ə qeyd edirsiniz:
Name (Ad) → Bu sütunda ilkin olaraq yarımfabrikatların adı, sonra isə tərkibdə qeyd edilən məhsulların adı qeyd olunur.
Type (Növü) → Məhsul növlərinin adı qeyd olunur. Qeyd etdiyiniz məhsul əgər yarımfabrikatdırsa - PREPARATION, inqrediyentdirsə - INGREDIENT kimi qeyd edilir.
Category (Kateqoriya) → Burada yarımfabrikatların və inqrediyentlərin hansı kateqoriyada olduqlarını müəyyən edirsiniz.
💡Əgər inqrediyentləriniz mövcuddursa, yarımfabrikat yaradan zaman, inqrediyentlərinizin adını Clopos sistemində necə yazmısınızsa, eynisini yaradın ki, eyni adla başqa bir inqrediyent yaranmasın.
Cost Price (Maya Dəyəri) → Bu sətirdə aldığınız inqrediyentlərin bir vahidinə uyğun olaraq çəkisinin və ya bir ədədinin qiymətini yazırsınız. Məsələn, un məhsulunun 5 kq-i 2.5 qəpikdirsə, 1 kq-a uyğun maya dəyəri 0.5 qəpik olaraq qeyd edilməlidir.
GROSS → Bu sətirdə tərkibə gedən inqrediyentlərin miqdarını yazırsınız. Bu sütundakı xanalar yarımfabrikat üçün boş qalmalıdır.
Unit (Vahid) → Bu hissədə inqrediyentin ölçü vahidini uyğun olaraq göstərməlisiniz (kg, l, pcs, m, gr ).
Net Output → Bu hissədə yarımfabrikatın Ümumi çıxış miqdarını qeyd edirik.
💡Qeyd edək ki, başlıqlar, vahid, və məhsul növü İngilis dilində yazılmalıdır.
Bütün yarımfabrikatlar bu formada alt-alta qeyd edilməlidir. Tərkiblərdə istifadə edilən və yaradılmış olan inqrediyent adları, eyni məhsul üçün eyni formada olmalıdır. Məsələn, Kök adlı məhsul bir tərkibdə KÖK, digərində isə YERKÖKÜ deyə yazılmamalıdır! Belə olan halda, sistem onları fərqli məhsul hesab edərək, inqrediyent bazasında hər ikisini ayrıca yaradacaq.
Excel cədvəlini doldurduqdan sonra arxa panelə daxil olub, faylı import edirik.
Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: