Ana içeriğe geç
Call Center
Nurane avatar
Yazar: Nurane
Bir yıldan uzun süre önce güncellendi

Clopos Call Center proqramını Android əməliyyat sistemi olan cihazlarda işə salmaq üçün aşağıda göstərilən linklərdən istifadə edə bilərsiniz.

Call Center Takeaway Çatdırılma satış tipləri üçün nəzərdə tutulmuş proqram təminatıdır.

Burada brend adı və sizə Call center üçün verilmiş terminal kodunu daxil edirsiniz. Terminal koduna Arxa panel →İcazələr→Terminallar bölməsindən baxa bilərsiniz. Burada qeyd olunmuş call center şifrəsini proqramda qeyd edirsiniz.

Proqram açıldıqdan sonra gələn hər bir zəng terminala bildiriş şəklində düşür.

Bildirişi açdıqda satış tipi seçə və ya həmin zəngi ləğv edə bilərsiniz. Çatdırılma və ya takeaway seçdikdən sonra həmin satış tipi üzrə çek açılır. Sifariş olunan məhsulları çekə vurduqdan sonra, çeki bağlayarkən zəng edən müştərini sistemdə yaratmaq üçün pəncərə açılır. Əgər sistemə tanıdılan bir müştəri zəng edirsə, həmin müştəri çekə tətbiq olunur.

Kontaktda olan müştəriləri də proqrama tanıda bilərsiniz. Bunun üçün "Kontaktları müştərilərlə sinxron et" bölməsindən istifadə edə bilərsiniz. Daha sonra həmin kontaktı Müştərilər pəncərəsində görə biləcəksiniz. Zənglər bölməsində isə sizə zəng edən müştəri siyahısını görəcəksiniz.

Bu cevap sorunuzu yanıtladı mı?