Ana içeriğe geç
Parolu unutmusunuz?

Unudulmuş şifrələri necə bərpa edə bilərik?

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

Brendinizin şifrəsini unutmusunuzsa, nə etməli?

Əgər brendinizin şifrəsini unutmusunuzsa, aşağıdakı addımları izləyərək onu bərpa edə bilərsiniz:

  1. Clopos.com saytına daxil olun və yuxarı sağ küncdəki Giriş düyməsini klikləyin.

  2. Açılan səhifədə brendinizin adını düzgün şəkildə qeyd edin. Əgər ad düzgün yazılıbsa, səhifə yenilənəcək və təsdiqləndiyinə dair bir işarə görünəcək.

  3. Daha sonra Parolu unutmusunuz? düyməsinə klikləyin.

  4. Açılan sahədə elektron poçt (e-mail) ünvanınızı daxil edin.

  5. Elektron poçt ünvanınıza təsdiq kodu göndəriləcək. Həmin kodu açılan səhifədəki Kod sahəsinə daxil edin.

  6. Təsdiq kodu düzgün daxil edildikdə, sizdən yeni şifrə yazmağınız tələb olunacaq.

  7. Yeni şifrəni daxil etdikdən sonra Parolu yenilə düyməsinə klikləyin.

Qeyd: Elektron poçt ünvanınıza göndərilən kod yalnız bir dəfə istifadə edilə bilər.

Əgər proses uğurla tamamlanarsa, hesabınıza daxil olduğunuz bütün cihazlardan avtomatik çıxış ediləcək və yeni şifrəniz aktiv olacaq.

Bu cevap sorunuzu yanıtladı mı?