Ana içeriğe geç
Abunə haqqının ödənilməsi

Abunə haqqını necə ödəmək lazımdır?

Nurane avatar
Yazar: Nurane
Bir yıldan uzun süre önce güncellendi

Aylıq abunənin vaxtı bitdikdən sonra sizə aşağıdakı şəkildə qeyd olunduğu kimi xəbərdarlıq mesajı gələcək.

Ödəniş etmək üçün, bu bildirişin üzərinə klikləyirik.

Ödənişi həm nağd həm də kart üsulu ilə edə bilərsiniz. Qabaqcadan 6 və 12 aylıq ödəniş etsəniz, endirim şərtlərindən yararlanacaqsınız. Bunun üçün Sizə uyğun endirim paketini və ödəniş üsulunu seçib, irəli düyməsinə klik edirik.

Kart ödəniş üsulunu seçdiyimiz halda, aşağıdakı pəncərə açılır. Kart məlumatlarını daxil etdikdən sonra, ödəniş tamamlanır.

Qeyd: Hər ay abunə haqqı bitdikdən sonra digər aydan 7 gün kredit kimi istifadə haqqınız olur. Ödəniş edildiyi zaman, bu kredit günləri yeni aydan çıxılır.

Nağd üsulunu seçdiyiniz halda Sizə sistem tərəfindən hesab-faktura nömrəsi təqdim ediləcək. Onu istifadə edərək ödəniş terminalından (ExpressPay, eManat, MilliÖn, Kassam.az) ödənişi həyata keçirə bilərsiniz.

Bundan başqa sayt və ya mobil tətbiqə (ExpressPay, E-Pul, Portmanat, CIB, PashaMobile, BirBank) daxil olub aşağıdakı ardıcıllıqla ödənişi həyata keçirə bilərsiniz.

  • Elektron pul bölməsində YIGIM düyməsini tapın.

  • YIGIM bölməsində Ödəniş hesab-faktura-nı seçin.

  • hesab-faktura nömrəsini daxil edin və terminalın təlimatlarına əməl edin (729325 -nümunə olaraq qeyd edilmişdir).

    Qeyd:

  • Hesab-faktura nömrəsi 7 gün müddətində aktivdir.

  • Hər hesab-faktura nömrəsi ilə yalnız bir ödəniş etmək mümkündür.

Ödənişi Arxa paneldən və ya mobil cihazdan Manager proqramına daxil olaraq da etmək mümkündür. Bunun üçün Tənzimləmələr→ Abunəlik bölməsinə daxil oluruq. Buradan ödənişin tarixini, aylıq abunə məbləğini, tarifinizi və əvvəlki ödəniş tarixçənizi görə bilərsiniz. Ödə düyməsinə klikləyərək eyni qayda ilə ödəniş etmək mümkündür.

Manager proqramında ödəniş etmək üçün də eyni qayda ilə Tənzimləmələr→ Abunəlik bölməsinə daxil oluruq.

Ödə düyməsini klikləyib, ödənişi kart və ya nağd şəkildə həyata keçiririk.

Bu cevap sorunuzu yanıtladı mı?