Tədarükçüyə iki cür borc ödənişi mümkündür:
Qismən ödəniş – Borcun bir hissəsini ödəyirsiniz və qalan hissə gələcəkdə ödəniləcək.
Bütöv ödəniş – Qaimə üzrə borcun tam məbləğini bir anda ödəyirsiniz.
Ödənişin qismən ödənilməsi
Bu ödənişlərdən birini seçərək, tədarükçüyə olan borcu idarə edə bilərsiniz.Tədarükçüyə olan borcu ödəmək üçün ilk öncə İnventar bölməsinə daha sonra isə Tədarükçlər bölməsinə daxil oluruq. Sağ yuxarı hissədə görünən Ödəniş edin düyməsinə klikləyirik.
Məxaric və Mədaxil Əməliyyatları:
Hər iki əməliyyat növü üçün aşağıdakı məlumatlar daxil edilir:
Tədarükçüyə ödəyəcəyimiz məbləğ
Ödəniləcək məbləğin hansı balansdan məxaric/mədaxil olunacağı
Hansı tədarükçüyə ödəmə edəcəyimiz
Əməliyyatın kateqoriyası
Əməliyyat vaxtı bölməsində ödənişin edildiyi tarixi qeyd edirik.
Açıqlama xanasına istəyə uyğun qeydlər əlavə edə bilərik və ya boş saxlaya bilərik.
Daha sonra Saxla düyməsinə klikləyirik.
Məxaric əməliyyatı ilə tədarükçüyə ödəmə edilir və borcumuzdan azalır.
Mədaxil əməliyyatı ilə bizə borc yazılır və tədarükçüdən ödəmə alınır.
Ödənişin Qaimə üzrə tam ödənişi
Əgər etdiyimiz tədarükə görə ödəniş etmək istəyiriksə, tədarükün üzərində 3 nöqtəyə klikləyib, "Ödəniş edin" düyməsini vuraraq ödəniş edə bilərik. Bu üsul ilə ödəniş etdikdə, qaimə üzrə olan borc tam şəkildə bağlanır.
Tədarükçülərin depozitləri qırmızı rəng, tədarükçüyə olan borc isə yaşıl rəng ilə qeyd olunmuş məbləğlərdir.
Bir tədarükçüyə olan borcu, ödənişi və tədarükləri ətraflı görmək üçün, tədarükçünün adının üzərinə klikləyirik. Bu zaman səhifə Maliyyə → Əməliyyatlar → Tədarükçü əməliyyatlar bölməsinə yönləndirilir.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: