Mərkəzi Sifariş Sistemi – müştəridən gələn sifarişləri mərkəzləşdirilmiş şəkildə idarə edən və ən optimal filial və şöbəyə yönləndirən avtomatlaşdırılmış moduludur. Sistem sifarişi qəbul etdikdən sonra müvafiq filialın mətbəxinə göndərir, orada sifariş hazırlanır və müştəriyə çatdırılır.
Bu modul, sifarişlərin düzgün filialda hazırlanmasını, hazırlanma prosesinin izlənməsini və çatdırılma üçün bütün əməliyyatların avtomatik idarəsini təmin edir.
Modulun Əlavə edilməsi və Konfiqurasiyası:
Modulu aktiv etmək üçün Arxa panel → Tətbiqlər → Hamısı bölməsinə daxil olub, Mərkəzi sifariş sistemi modulunu qoşun. Modulun aktivləşdirilməsi üçün 30 AZN məbləğində ödəniş tələb olunur (bu məbləğ, aylıq ödəniş etdiyiniz abunəliyə əlavə olunacaq). Modul qoşulduqdan sonra, o, Tətbiqlər bölməsinə əlavə ediləcək.
Mərkəzi sifariş sisteminin aktiv edilməsi:
Tətbiqlər → Mərkəzi sifariş sistemi bölməsinə daxil olaraq statusu aktiv edin.
Sifarişin avtomatik şöbəyə yollanması- Bu düymə aktiv edildiyi təqdirdə , göndərilən sifarişlər avtomatik qəbuldan sonra birbaşa şöbəyə göndərilir. Şöbəyə göndərilən zaman sizin seçtiyiniz terminalın şöbə sazlanmasına uyğun olaraq printerlərdən çıxacaqdır.
Sifarişin avtomatik qəbulu- Bu düymə aktiv edildiyi təqdirdə , göndərilən sifarişlər seçilmiş olan terminalda avtomatik qəbul edilir.
Avtomatik qəbul terminalı- Sifarişin hansı terminalda qəbul ediləcəyini seçirik. Misal üçün: Əgər bizim çatdırılma üçün ayrı terminalımız varsa, bu bölmədə həmin çatdırılma terminalını seçirik.
Saxla - Seçimlərimizi etdikdən sonra, dəyişiklikləri yadda saxlamaq üçün Saxla düyməsinə klik edirik.
Mərkəzi Sifariş Sistemi vasitəsi ilə sifarişlərin idarə edilməsi:
Sifarişləri vurmaq üçün Satış → Sifarişlər bölməsinə daxil oluruq. Açılan pəncərədə bütün sifarişlərin siyahısını görə bilərsiniz. Hər bir sifarişin özünə məxsus nömrəsi var, bu, çekin İD kodu ilə eyni deyil. Sifariş yaradıldığı zaman Çek İD də yaranır və həmin sətrin qarşısında göstərilir.
Qəbul edən bölməsində sifarişi terminalda kim qəbul edibsə, onun adı əks olunur. Əgər sifarişin avtomatik qəbulu funksiyası aktivdirsə, sifariş terminal tərəfindən avtomatik qəbul edilir və terminal_user kimi göstərilir. Sifariş qəbul edildikdə, Sifariş Statusu sütununda "Qəbul edildi" yazısı görünəcək.
Çek Statusu isə həmin çekin hazırda terminalda açıq və ya bağlanmış olduğunu bildirir. Yeni sifariş yaratmaq üçün +Yarat düyməsinə klikləmək kifayətdir.
Sifariş Yaratmaq Səhifəsi
Sifariş yaratmaq üçün ilk növbədə sifarişin detallarını qeyd edirik:
Satış üsulu – Sifarişin Çatdırılma və ya Takeaway olduğunu seçirik.
Filial – Sifarişi hansı filial üçün yaratmaq istəyiriksə, həmin filialı qeyd edirik.
Müştəri – Əgər müştəri sistemdə mövcuddursa, onu qeyd edirik. Müştəri sistemdə yoxdursa, + işarəsindən istifadə edərək yeni müştəri əlavə edə bilərik.
Məhsullar pəncərəsinə keçid edib, əlavə etmək istədiyiniz məhsulları seçin və sifarişi yaradın.
💡Əgər Çatdırılma və Takeaway satış üsulları üçün qiymət cədvəli tətbiq edilibsə, məhsullar çekə həmin qiymət ilə əlavə olunacaqdır.
💡 Əgər məhsul Stop list-ə əlavə edilibsə və limit təyin olunubsa, məhsulun qarşısında qırmızı əl ikonu göstərilir və limit miqdarı qeyd olunur.
Əgər sifarişin avtomatik qəbulu funksiyası aktiv deyilsə, bu halda bildiriş gələcək və sifarişi təsdiqləyə və ya ignor edə bilərsiniz.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: