Ana içeriğe geç

🖥️ Müştəri ekranı

Müştəri ekranı moduluna necə qoşulmaq olar?

Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

Clopos Müştəri Ekranı

Satış prosesində şəffaflığı təmin edən, alıcının rahatlıqla izləyə biləcəyi xüsusi bir interfeysdir. Bu ekran vasitəsilə kassada baş verən əməliyyatlar real vaxtda əks olunur və müştəri alış-veriş zamanı çek məbləğini, məhsul siyahısını və ümumi hesabı anında görə bilir. Sistem arxa paneldən idarə olunur, ekran isə vizual olaraq müştəriyə yönəldilir.

Müştəri Ekranı necə işləyir?

Müştəri ekranı bir növ "ikinci ekran" rolunu oynayır. Kassir satış əməliyyatlarını terminaldan icra etdiyi anda, həmin əməliyyatların məlumatları (məhsul adı, miqdarı, qiyməti və yekun məbləğ) sinxron şəkildə müştəriyə yönəlik ekranda əks olunur. Bu ekran müştərinin yalnız baxması üçün nəzərdə tutulub və hər hansı əməliyyata müdaxilə etməsi mümkün deyil.

Müştəri Ekranını moduluna necə qoşula bilərik?

Müştəri ekranının Kompüterin digər ekranında əks etdirilməsini istəyirsinizsə, bu məqsədlə əlavə modul aktiv edilməlidir. Modulu aktiv etmək üçün Arxa panel → Tətbiqlər → Hamısı bölməsinə daxil olub, Müştəri ekranı modulunu qoşun. Modulun aktivləşdirilməsi üçün ödəniş tələb olunmur . Modul qoşulduqdan sonra, o, Tətbiqlər bölməsinə əlavə ediləcək.

Müştəri Ekranı üçün Şəkil Ayarları

Arxa paneldə Tətbiqlər → Müştəri Ekranı bölməsinə daxil olaraq statusu aktivləşdirin. Aktivləşdirdikdən sonra, çəkə daxil olunmadığınız müddətdə, Müştəri Ekranı 5 saniyədən bir dəyişəcək şəkilləri göstərməyə başlayacaq. Bu slayd formatı istəyə uyğun tənzimlənə bilər.

Burada maksimum 5 şəkil əlavə edə bilərsiniz. Əgər şəkil əlavə edilməzsə:

  • Terminal ekranına əlavə olunmuş şəkil avtomatik göstərilir;

  • Əgər heç bir şəkil əlavə edilməyibsə və terminal ekranında da şəkil mövcud deyilsə, standart olaraq "Clopos" yazısı əks olunur. Bu, ekranın boş görünməsinin qarşısını alır.

Müştəri Ekranının Terminalda Aktiv İstifadəsi

Clopos Müştəri Ekranı modulu, satış prosesində alıcının məlumatları real vaxtda izləməsinə imkan yaradır. Bu xüsusiyyətin problemsiz işləməsi üçün sistemin ikili ekran dəstəyi ilə qurulması vacibdir.

"Extend" Rejimini Aktiv Etmək

Müştəri ekranından istifadə etmək üçün kompüteriniz ikili ekran rejimində (Extend mode) işləməlidir. Aktiv etmək üçün:

  • Windows + P düymələrini sıxın

  • Açılan menyudan “Genişləndir (Extend)” seçin

Bu, əsas və müştəri ekranlarının ayrı-ayrılıqda işləməsinə imkan verir.

Müştəri Ekranının Görünüşü

Müştəri ekranında sifarişə dair məlumatlar vizual şəkildə təqdim olunur. Sifariş edilmiş məhsullar, ümumi məbləğ və ödəniş detalları aydın şəkildə əks etdirilir. Əgər loqo əlavə olunubsa, ekranın yuxarı hissəsində görünəcək.

Əlavə olaraq, Clopos Pay modulunu istifadə edənlər üçün ödənişi sürətləndirmək məqsədilə QR kod təqdim olunur. Müştəri bu QR kodu skan edərək ödənişini asanlıqla həyata keçirə bilər.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?