Ana içeriğe geç

💰 Pul Formatlarının Tənzimlənməsi

Nurane avatar
Yazar: Nurane
2 aydan uzun süre önce güncellendi

Clopos sistemində həm arxa paneldə, həm də terminalda istifadə olunan pul formatlarını öz işinizə uyğun şəkildə tənzimləmək mümkündür. Bu imkan sizə məbləğlərin daha oxunaqlı, düzgün və istifadəçi yönümlü şəkildə əks olunmasını təmin edir.

Dəyişiklikləri tətbiq etmək üçün Arxa Panel → Tənzimləmələr → Ümumi bölməsinə keçid edərək, Maliyyə səhifəsini açın.

Bu səhifədə aşağıdakı parametrləri tənzimləyə bilərsiniz:

  • Pul formatı – Məbləğin necə göstəriləcəyini müəyyən edir (məsələn, 1,000.00 və ya 1000,00 kimi).

  • Pulun kəsr hissəsi – Pulun kəsr hissəsindəki sıfırlar, istəyə görə göstərilə və ya gizlədilə bilər.

  • Valyuta işarəsinin mövqeyi – Valyuta simvolunun (AZN, $, € və s.) məbləğin əvvəlində və ya sonunda yerləşəcəyini seçə bilərsiniz. Həmçinin, istəyə uyğun olaraq valyuta simvolunu tamamilə silmək də mümkündür.

💡Valyuta işarəsini dəyişmək üçün Arxa panel → Tənzimləmələr → Ümumi bölməsində mövcud valyuta variantları arasından seçim edə bilərsiniz.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?