Sifariş statusunun ekranda əks etdirilməsi:
Sifarişlərinizin statusunun hər hansı bir ekranda əks etdirilməsini istəyirsinizsə, bu məqsədlə əlavə modul aktiv edilməlidir. Modulu aktiv etmək üçün Arxa panel → Tətbiqlər → Hamısı bölməsinə daxil olub, Sifariş statusu ekranı modulunu qoşun. Modulun aktivləşdirilməsi üçün 5 AZN məbləğində ödəniş tələb olunur (bu məbləğ, aylıq ödəniş etdiyiniz abunəliyə əlavə olunacaq). Modul qoşulduqdan sonra, o, Tətbiqlər bölməsinə əlavə ediləcək.
Sifariş statusu ekranının aktiv edilməsi:
Tətbiqlər → Sifariş statusu ekranı bölməsinə daxil olaraq statusu aktiv edin.
Ekranda hansı satış üsullarının sifariş nömrələrinin görsənməsini istəyirsinizsə, Satış üsulları bölməsinə daxil olun və yalnız həmin satış üsullarını aktiv edin, daha sonra Saxla düyməsini klik edin.
Bu modulu istifadə etmək üçün aşağıdakı tələblərə riayət edilməlidir:
Lokal şəbəkə aktiv olmalıdır: Modulun düzgün işləməsi üçün lokal şəbəkə qoşulu vəziyyətdə olmalıdır.
Əsas terminal funksiyası seçilməlidir: Əsas terminalın IP ünvanı sabit qalmalıdır. Bunun üçün ya statik IP təyin edilməli, ya da IP ünvanı routerdə rezerv edilməlidir.
Əsas terminalın aktiv edilməsi: Əsas terminal funksiyasını aktiv etmək üçün Tənzimləmələr → Terminal → Lokal şəbəkə bölməsinə daxil olun və funksiyanı aktiv edərək əsas terminalı təyin edin.
Əsas terminalın IP ünvanını sifariş statusu ekranında istifadə etmək üçün aşağıdakı addımları izləyin:
Əsas terminalın IP ünvanı istifadə olunacaq cihazın Chrome brauzerində axtarış bölməsinə yazılmalıdır. Məsələn, əgər əsas terminalın IP ünvanı 192.168.0.100 olaraq təyin edilibsə, o zaman Chrome brauzerində axtarış bölməsinə 192.168.0.100:8100/oss yazılmalıdır.
Sifarişiniz "Hazırdır" statusuna keçdiyi zaman, ekranda müvafiq bildiriş görünəcək. Bu bildiriş ekranda 5 saniyə ərzində göstəriləcək.
Sifarişlər ekranı iki sütuna bölünmüşdür:
Birinci sütun: Hazırlanma statusunda olan sifarişlərin siyahısı burada göstərilir.
İkinci sütun: Hazır statusunda olan sifariş nömrələri bu sütunda əks olunur.
Hər gün sifariş nömrələri yenilənir və 1-dən başlayaraq sıralanır.
İşarələnmiş parametrlər simvoluna klik etdikdə, aşağıdakı funksiyaları idarə edə bilərsiniz:
Ad təyin edilməsi: Burada sifariş ekranına tətbiq edəcəyiniz adı təyin edə bilərsiniz.
Dil dəyişdirmə: Sifariş ekranının dilini seçib dəyişdirə bilərsiniz.
Səs parametrləri: Sifariş ekranı açılarkən, səs ucaldıcıdan səsin gəlməsini və ya gəlməməsini müəyyən etmək imkanı var.
Tam ekran rejimi: Bu funksiyanı aktiv etdiyinizdə, sifariş ekranı tam ekranda göstəriləcək və yalnız sifariş məlumatlarını görəcəksiniz.