Ana içeriğe geç

İnventarlaşdırmanın import edilməsi

İnventarlaşdırmanın Excel ilə import edilməsi

Nurane avatar
Yazar: Nurane
Dün güncellendi

İnventarlaşdırmanın Import Edilməsi:

Saydığınız mal ehtiyatlarının miqdarını toplu şəkildə Excel faylı olaraq sistemə import etmək mümkündür. Bunun üçün aşağıdakı addımları izləyirik:

  1. Arxa panel → İnventar → İnventarlaşdırma bölməsinə daxil oluruq və Yarat düyməsini vururuq.

  2. Anbar seçib, inventarlaşdırma edəcəyimiz məhsulları səhifəyə əlavə edirik.

  3. Əlavə edildikdən sonra, sənədi export edib kompüterə yükləyirik.

  4. Yüklənmiş Excel faylında bəzi bölmələrdən başqa, yalnız müəyyən sütunlara ehtiyacınız olacaq.

Bu formada excel yüklənmiş olacaq. Amma sizə buradan bəzi bölmələr xaric heç bir bölmə lazım olamayacaq.

Gərəkli Sütunlar:
Sizə sadəcə bu 3 sütun lazımdır:

  • İD kodu – Sistem tərəfindən məhsulun tanınması üçün lazımdır.

  • Məhsul – Məhsulun adını görürsünüz və faktiki anbar qalığını hara qeyd edəcəyinizi görürsünüz.

  • Quantity – Faktiki anbar qalıqlarının miqdarını qeyd edirsiniz.

Yuxarıda göstərilən məlumatları daxil etdikdən sonra, həmin Excel faylını yenidən inventarlaşdırma sənədinə import edirsiniz.

Addım 1 və Addım 2

Əgər 1-ci2-ci Addımı eyni anda istifadə edirsinizsə, Excel faylı 2 səhifəli olaraq yüklənəcək. Lakin, import edəcəyiniz Excel faylı yalnız 1 səhifəli olmalıdır və hansı addımda import etmək istəyirsinizsə, həmin addımda import etməlisiniz. Hər iki addımda da eyni sütunlardakı məlumatlara ehtiyacınız olacaq.

Sayım Addımları:

Sayımı aparmaq üçün iki növ addım mövcuddur:

  • Addım 1: Bu addım, yeməklərin (texniki kartların) və ya yarımfabrikatların tərkibindəki inqrediyentlərin sayımını aparmaq üçün istifadə olunur. Bu addımda qeyd edəcəyiniz faktiki anbar qalığı, həmin miqdara uyğun tərkib üçün Addım 2-yə keçəcək.

  • Addım 2: Bu addımda, artıq tərkibi saymağa başlaya bilərsiniz. Yəni, Addım 1-də qeyd etdiyiniz faktiki miqdar əsasında tərkibin sayımı aparılır.Məhsulları inventarlaşdırma sənədinə əlavə etmək üçün "Əlavə et" düyməsindən istifadə edərək məhsulları siyahıya əlavə edə bilərsiniz.

💡Əgər cədvəldə sizə lazım olan və ya lazım olmayan hər hansı sütun varsa, Cədvəl bölməsindən həmin sütunları aktiv və ya deaktiv edə bilərsiniz.


Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!
Excel faylını yükləyin!

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?