Ana içeriğe geç

Admin parolu

Admin paroluna necə baxmaq olar?

Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

Admin parolu sistemdə müəyyən icazələri yerinə yetirmək, xüsusən də məhdudlaşdırılmış əməliyyatları həyata keçirmək üçün istifadə olunur. Əgər istifadəçinin müəyyən bir əməliyyatı yerinə yetirmək üçün yetkisi yoxdursa, admin parolu tələb olunur ki, yalnız admin həmin əməliyyatı təsdiqləsin və yerinə yetirsin. Bu, sistemdə təhlükəsizliyi və istifadəçi icazələrinin düzgün idarə edilməsini təmin edir.

Admin şifrəsinə baxmaq üçün, Arxa paneldə Tənzimləmələr→Terminal→ "Parol tələb edilən fəaliyyətlər" bölməsinə daxil olaraq, parola baxa və ya dəyişdirə bilərsiniz.

Məhsul Silmə İcazəsi və Admin Parolu:

  • Məhsul Şöbəyə Göndərilməzdən Əvvəl:
    Əgər məhsulu şöbəyə göndərmədən əvvəlki funksiyamız deaktivdirsə, məhsulu şöbəyə göndərmədən çəkdən silə bilərik. Amma bu funksiya aktivdirsə, admin parolu tələb ediləcək.

  • Ofisantın Şöbəyə Göndərməsindən Sonra Məhsul Silmə İcazəsi:

    1. Əgər ofisantın şöbəyə göndərmə icazəsi varsa, admin parolu aktiv olsa da olmasa da, məhsulu şöbəyə göndərdikdən sonra silə biləcək.

    2. Əgər ofisantın bu icazəsi yoxdursa, admin parolu aktivdirsə admin parolu tələb ediləcək. Admin parolu deaktivdirsə, bildiriş gələcək və ofisant bu əməliyyatı yerinə yetirə bilməyəcək.

  • Ofisantın Ön Çekdən Sonra Məhsul Silmə İcazəsi:

    1. Əgər ofisantın ön çekdən sonra məhsul silmə icazəsi varsa, admin parolu aktiv olsa da olmasa da, məhsulu ön çekdən sonra silə biləcək.

    2. Əgər icazəsi yoxdursa, admin parolu aktivdirsə admin parolu tələb ediləcək. Admin parolu deaktivdirsə, bildiriş gələcək və ofisant məhsulu silə bilməyəcək.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:



Bu cevap sorunuzu yanıtladı mı?