Ana içeriğe geç
Tüm KoleksiyonlarAzərbaycan dilindəArxa panel
Məkanın koordinatlarının Cloposa əlavə edilməsi
Məkanın koordinatlarının Cloposa əlavə edilməsi
Anar_Rəsulov avatar
Yazar: Anar_Rəsulov
Bir aydan uzun süre önce güncellendi

Clopos arxa panelə obyektinizin yerləşdiyi koordinatları əlavə etmək üçün öncə https://map.google.com ünvanında yerləşən Google xəritəyə daxil olaraq obyektinizi tapırsınız.

Sonra aşağıdakı addımları yerinə yetirin:

  • Xəritədə lazımi nöqtəni tapın və üzərinə mausun sağ düyməsi ilə klikləyin (şəkildə 1 nömrə ilə göstərildiyi kimi).

  • Açılan pəncərədə koordinatların vergülə qədər olan birinci hissəsini kopyalayın (şəkildə 2 nömrə ilə göstərilmişdir).

  • Clopos arxa panelinə keçərək kopyaladığınız məlumatları Ayarlar ÜmumiBrend ayarları Koordinatlar bölməsindəki "Enlik" xanasına yapışdırın.

  • Daha sonra, koordinatların vergüldən sonrakı ikinci hissəsini kopyalayın (şəkildə 3 nömrə ilə göstərilmişdir) və "Uzunluq" xanasına yapışdırın.

  • Əməliyyatı tamamlamaq üçün səhifənin yuxarı sağ küncündəki "Saxla" düyməsinə klikləyin.

Bu sadə alqoritm obyektinizin koordinatlarını Clopos-a düzgün şəkildə əlavə etməyə kömək edəcək.

Bu cevap sorunuzu yanıtladı mı?