Ana içeriğe geç
Tüm KoleksiyonlarAzərbaycan dilindəArxa panel
Ödəniş üsulunun dəyişdirilməsi
Ödəniş üsulunun dəyişdirilməsi
Rəna Səməd-zadə avatar
Yazar: Rəna Səməd-zadə
Bir aydan uzun süre önce güncellendi

CLOPOS Sistemində Bağlanmış Çekin Ödəniş Üsulunun Dəyişdirilməsi:

Clopos sistemində, ödəniş üsulunu həm arxa paneldən, həm də satış terminalından sonradan dəyişdirmək mümkündür. Bu, ödəniş metodlarında dəyişiklik tələb olunduğu halda istifadəçilər üçün rahatlıq təmin edir.

Ödəniş Üsulunun Arxa Paneldən Dəyişdirilməsi:

  • Arxa panelə daxil olaraq, "Satış-Çeklər" bölməsinə keçin.

  • Dəyişiklik etmək istədiyiniz çeki tapın və üzərinə gəlin. Daha sonra "Dəyişmək" seçimini klikləyin.

  • Nağd və Kart Ödəniş Üsullarını Dəyişmək
    Arxa panel üzərindən ödəniş üsuluna dəyişiklik edə bilərsiniz. Sistemin avtomatik olaraq yaradılmış "müştəri balansı" və "keşbek" ödəniş üsullarına dəyişiklik etmək mümkün deyil.

  • Əlavə Et və Saxla
    Həmçinin, ödənişi bir neçə üsul arasında bölmək üçün "Əlavə et" seçiminə klikləyərək, ödənişi bölə bilərsiniz. Saxla klikləyərək məlumatları təsdiqləyin.

Terminaldan ödəniş üsulunu dəyişmək ilə bağlı geniş məlumatı Çekin yenidən açılması sözünə klikləyərək əldə edə bilərsiniz.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:


Bu cevap sorunuzu yanıtladı mı?